Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə sahil metrosunda lift və pilləkan olmadığı üçün yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün 28 maydan gəzə-gəzə bəşir səfəroğlu küçəsinə gedirdim. Üzeyir Hacıbəyov adına musiqi konservatoriyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim. Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir. Həyatdır hər şey ola bilər, insanlar müxtəlifdir deyib çox baxmadım təbii ki. Təxminən 4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədiki, "bəlkə konturun olar zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər" tərslikdən həmən anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə mağazadan kontur alıb verim sizə.
суббота, 15 августа 2015 г.
четверг, 23 июля 2015 г.
Pozitiv olmağın 6 qaydası.
![]() |
| Murad Məmmədov |
Pozitiv Olmaq - Bəzən insanlar bunu xoşbəxtliklə səhv
salırlar. Bəzən isə özünü aldatmaq heab edirlər.
Əslində
isə pozitivlik bunların heç biri deyil, çünkü xoşbəxtlik fərdi anlayışdı, hər kəsi
bir ayrı şey xoşbəxt edə bilər, və səni xoşbəxt edən birşey başqasını nə xoşbəxt
edə bilər, nədə pozitiv. Pozitivlik özünü aldatmaqda deyil qətiyyən. Ona görə
ki, hər bir çətnlikdə və ya xoşa gəlməz hadisədə, mütləq ki, dahada çətini ola
bilərdi və ya yaşadığınız xoşa gəlməz hadisənin daha pisi ola bilərdi. Bilirəm
indi hər hansısa bir Problemi olan oxucu ürəyində deyir ki, bundanda pisi ? bəli
bundanda pisi! Əgər qarşılaşdığınız problemləri dünyanın sonu hesab edirsinizsə,
deməli siz fiziki olmasada, düşüncə baxımından görmə məhdudiyyətlisiniz, ətrafa
yaxşı baxa bilmirsiz.
воскресенье, 19 июля 2015 г.
Övladlarımızı necə tərbiyyə edirik?
Ölkəmizdə
insanlar bir çox məqamlara həyatlarında xüsusi önəm verir və özlərinin ən önəmli
missiyalarından biri hesab edirlər. Bunlardan biri də tərbiyyədir. Bizim insanımız sevir özünün, övladının və ya
digər bir yaxınının tərbiyyəsi haqda uzun uzadı dnaışmağı, qurrələnməyi, fəxr
etməyi.
суббота, 13 июня 2015 г.
IDEAS layhiəsində iştirak edən Azərbaycan heyyətinin Ukrayna səfəri.
IDEAS layhiəsi haqda daha öncədən bir neçə məqalə yazmışdım, lakin layhiə davam etdikcə və sona yaxınlaşdıqca dahada maraqlı və gözlə görülən nəticələri ortaya çıxır. Çünkü artıq 3 ildir layhiə çərçivəsində əldə etdiyimiz yeni bilgiləri tətbiq etmə zamanıdır, yəni kiçik pilot layhiələr həyata keçirmək Lazımdır. Hansı ki, bu layhiələr əlilliyi olan insanarın onlar haqda verilən qərarların verilməsində və ya onlar üçün hazırlanan xidmətlərin hazırlanmasında onların özlərinin də iştirak etməsinə azda olsa vasitə olsun.
понедельник, 8 июня 2015 г.
2 manatlıq insanlığı olmayanlar.
Bu günlərdə işdən çıxandan sonra getdim dostlarımla görüşməyə. Biraz vaxt keçirdikdən sonra evə getmək üçün yenidən 28 maya qayıtmalı idim, çünkü Bakı Metropoliteninin rəhbərliyinin düşüncəsizliyi sayəsində şəhərin mərkəzi metro stansiyalarından istifadə edə bilmirəm. Səbəb isə odur ki, demək olarki bütün mərkəzi metro stansiyalarında pilləkan və ya lift yoxdur, yalnız eskalatordu. iki çəliklə isə eskalatordan istifadə etmək mənim üçün mümkünsüzdür.
четверг, 4 июня 2015 г.
Reabilitasiya mərkəzlərində motivasiya seminarları keçirilib.
Daha öncədən də bildirdiyim kimi, artıq 3 ildir ki, Azərbaycanda
Avropa komissiyası tərəfindən maliyyələşdirilən və "British Council
Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilən "Bərabər və məhsuliyyətli
cəmiyyət üçün inkluziv qərarlar" adlı layhiə həyata keçirilir. Layhiənin
artıq sonuncu ili olmasına baxmayaraq layhiə çərçivəsində hələdə bir sıra tədbirlər
keçirilməyə davam edir.
среда, 13 мая 2015 г.
Qucaqlaşmaqdan qorxan cəmiyyət
O günlərdə oturmuşam günü-gündən çiçəklənən, əslində isə
günü-gündən mərmərləşən şəhərimizin fəvvarələr meydanında, birdə gördüm orta
yaşlı bir xanım, yanında da bir neçə gənc qız, yaxınlaşdılar mənim
yanımda oturan bir qadına və aralarında belə bir dialoq yaşandı:
+ Salam, olar sizi qucaqlayaq?
- Nə üçün?
+ Bir-birimizə pozitiv əhval bəxş etmək üçün.
- Qucaqlaşmadan olmaz?
+ Salam, olar sizi qucaqlayaq?
- Nə üçün?
+ Bir-birimizə pozitiv əhval bəxş etmək üçün.
- Qucaqlaşmadan olmaz?
пятница, 24 апреля 2015 г.
Mədəniyyət Sizsiniz.
Xalqlarda
30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki,
bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim
haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu
başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə
və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı
sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir
orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli
dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə
orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı
qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu
xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər
səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın
enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi.
суббота, 28 марта 2015 г.
Seks də daha önəmli "şeylər" var.
Təxminən iki il öncə tez-tez görşdüyüm və sevgi münasibətində olduğum bir xanım vardı. Xanımın heç bir əlilliyi yox idi, hər zaman hara birlikdə getsək, məndən utanırdılar soruşmağa, qızdan soruşurdular ki, oğlan nəyindi? Sevgilindi? ) bu adətən birlikdə geyim falan almağa gedəndə baş verirdi. Satici özünü yaxın hiss edən kimi belə bir sual verirdi, doğrudu hər dəfəsində olmasa da, az sayda da olmurdu.
суббота, 21 марта 2015 г.
Əlilliyi olan şəxsə yardım etmək sürücünün işi deyil?! - VİDEO
Son günlərin ən aktual mövzularından biri də, 65 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücülərindən birinin əlil arabası istifadə edən fiziki məhdudiyyətli şəxsə yardım etməkdən imtina etməsi və səhərsi günü də bu hərəkətinə görə işdən qovulması oldu.
вторник, 3 марта 2015 г.
Sahib olduqların, sənə sahib olarsa!
Onu
çox sevirdim, dediyniə görə oda məni, münasibətimiz əla gedirdi, eyni zamanda mən
onu itirməkdən çox qorxurdum, onu itirməmək üçün bir çox şeyi gözə almağa hazır
idim.
Bir
gün onun telefonuna göz gəzdirəndə gördüm ki, bir başqa oğlanla yazışıb. Sms’lərdə açıq aşkar xəyanət görünməsə də, adi
sms”ə də bənzəmirdi. Qərara aldım ki, bunu onun özündən soruşum, və ondan
soruşanda ki, bu oğlanla yazışmağın səbəbi nədir ? dedi dostumdu, sadəcə təcili
kontur lazım idi və sairə. O an üçün mən ona inanmışdım, ama get-gedə onun mənə
sadiq biri olmağına şübhə ilə yanaşırdım, Lakin heç cür ondan ayrıla bilmirdim,
çünkü mən onu itirməkdən çox qorxurdum, onu itirməyi təsəvvür belə edə
bilmirdim. Bu səbəbdən daha sonra bütün əsəb sistemim pozuldu, onun etdiyi qəribə
hərəkətlər məni ondan soyudur, onu itirmək qorxum isə ondan ayrılmağıma mane
olurdu, məni ondan aslı edirdi. Artıq tez-tez
dalaşır bir neçə gün danışmırdıq, və bir gün mən qərara gəldim ki, ondan
ayrılım, düzdü çox çətin oldu, bütün hisslərim qarışmışdı bir birinə, eyni
zamanda da əsəb pozğunluğundan əziyyət çəkirdim. Lakin mən bunu başardım və o
xanımdan həmişəlik ayrıldım.
четверг, 12 февраля 2015 г.
Fərqli insanlar, fərqli düşüncələr.
İnsanların fərqli baxış bucaqlarının və onların hər birinin fərqli düşüncələrə xsuiyyətlərə sahib olmalarının təbii ki, ilk və ən mühüm səbəbi, onların müxtəlif yaşam şərtləri ilə və müxtəlif mühitlərdə yetişmələri və şəxsiyyət olaraq formalaşmalıdır. Çox ama lap çox az insan var ki, psixoloji və mənəvi olaraq güclü olur, böyüdüyü mühitə, yaşadığı şərtlərə uyğun olaraq deyil də, tamami ilə başqa mühitə və şəraitə xas xsusiyyətlərə sahib olur.
İnsanların qeyri adı və yanlış hesab etdiyi xsusiyyətlər xsusəndə əgər uşaqlıqda və ya yeniyetməlik çağında qazanılıbsa, bu zaman başqa cür olmaq mümkünsüz dərəcədə çətindir.
İnsanların qeyri adı və yanlış hesab etdiyi xsusiyyətlər xsusəndə əgər uşaqlıqda və ya yeniyetməlik çağında qazanılıbsa, bu zaman başqa cür olmaq mümkünsüz dərəcədə çətindir.
воскресенье, 18 января 2015 г.
Sosiallaşmağın zibilini çıxaranlar.
Əvvəllər insanların şəxsi həyatı vardı, ama indi əksəriyyətinin şəxsi həyatı yoxdur, əvəzində sosial həyatı var. Lap yaxşı, mən sosiallaşmağa qarşı deyiləm, əksinə o qədər dost tanışım var ki, artıq adları yadda saxlaya bilmirəm. beynimin "yaddaş kartı" dolub diyəsən. Sadəcə mən istənilən birşeyin həddən artıq abartılmasına ifrata varmasına qarşıyam.
пятница, 9 января 2015 г.
Fəqli keçən yeni il.
Təxminən 1-2 həftə öncə yenə yeni il oldu. Həyatımın 25-ci yeni ili idi. Amma görünür ki. bu yeni il mənim xatirəmdən hələ uzun müddət çıxmayacaq. Əslində bayramı ayın 30 u dostlarla yaxşı şəkildə qeyd etmişdim, ona görədə ayın 31 i üçün heç bir planım yox idi. Sadəcə axşam saatlarında getdim əhmədliyə bir iki tanışımla çay içməyə. Onlarda sağolsunlar saat 12 ə yaxın durub getdilər : ) ama mən qaldım. Yüngül bir zədəm olduğu üçün də, başqa yerə getməyə həvəs yox idi.
вторник, 6 января 2015 г.
Cəmiyyətin kuklası olmayın.
Bir dəfə bir yaxınımla Bakı kəndərindən birində keçirilən "sünnət toyu"na gedirdik. Palatkaya çatmağa az qalmışdı ki, yaxınım dedi sırqanı çıxart, yaxşı deyil, Bakı kəndidi. Mən o yaxınıma baxdım və gülümsədim, ama sırqanı çıxarmadım. Sonra biz toya daxil olduq, gözlədiyim kimi toy normal keçdi, diqqətlə baxan da oldu, normal yanaşanda, baxmayanda və sairələri də. Yəni adi günlərdə olduğu kimi, qeyri adi bir hadisə yaşanmadı.
Ama mən "mən" olaraq qaldım, başqaları nə düşünər deyə başqasının hüququnu pozmayan öz şəxsi seçimimdən müvəqqəti olsa da vazgeçmədim.
Ama mən "mən" olaraq qaldım, başqaları nə düşünər deyə başqasının hüququnu pozmayan öz şəxsi seçimimdən müvəqqəti olsa da vazgeçmədim.
воскресенье, 28 декабря 2014 г.
Gələcəyimiz "dvijenia" edir.
Onların öz musiqiləri, öz geyimləri və hətta öz sözləri var. Onların əsas məşğuliyyətləri, insanların xarici görkəmlərindən tutmuş düşüncələrinə qədər müdaxilə edərək, ona buna söz atmaqdır. İşləridə bərkə düşündə deyirlər ki, biz bütün bunları ona görə edirik ki, "camahatın anası bacısı var"
вторник, 23 декабря 2014 г.
O vaxtlar whatsapp yox idi, sms yazırdıq.
İnternetdə bir qızla tanış olmuşdum. Demək olar hər gün internetdə virtual olaraq görüşür, saatlarla yazışırdıq, telefonla zəng edib danışırdıq, lakin heç vaxtı görüşməmişdik. Və xatırlamadığım səbəblərdən də, bir gün ayrıldıq.
Üzərindən 2 il ötdükdən sonra, işlədiyim internet kluba o qızın sinif yoldaşı gəlirdi, ünsiyyət yarandıqdan sonra bilmişdi ki, onun sinif yoldaşı ilə iki il öncə yazışmışam. Bir gün dedi ki, o qızı gətirim bir birinizi görün, elədə oldu.
O gün indidə yadımdadı, qız işlədiyim yerin qarşısına gəldi, çıxdım gördüm qizi, çox gözəl simaya və bədən quruluşuna sahib sarışın bir xanım idi. İkimizdə nədənsə çəkiniridk, nədə olmasa 2 il öncə uzun müddət danışmış ama bir-birini fotodan belə görməmiş insanlar idik. 5-3 dəqiqə söhbət etdikdən sonra getdilər və sonra bir daha görüşmədik.
Üzərindən 2 il ötdükdən sonra, işlədiyim internet kluba o qızın sinif yoldaşı gəlirdi, ünsiyyət yarandıqdan sonra bilmişdi ki, onun sinif yoldaşı ilə iki il öncə yazışmışam. Bir gün dedi ki, o qızı gətirim bir birinizi görün, elədə oldu.
O gün indidə yadımdadı, qız işlədiyim yerin qarşısına gəldi, çıxdım gördüm qizi, çox gözəl simaya və bədən quruluşuna sahib sarışın bir xanım idi. İkimizdə nədənsə çəkiniridk, nədə olmasa 2 il öncə uzun müddət danışmış ama bir-birini fotodan belə görməmiş insanlar idik. 5-3 dəqiqə söhbət etdikdən sonra getdilər və sonra bir daha görüşmədik.
четверг, 18 декабря 2014 г.
Bəs indi niyə belə etmirik?
90-cı illərin gəncləri yaxşı xatırlayar, çünkü əksəriyyətində olub ondan. Söhbət dendi və seqa kimi komputerlərdən gedir.
Əvvəllər "dendi" də, "seqa" da, oyun oynayarkən müəyyən missiyanı tamamlamamış kompyuter önündən qalxmazdıq, elə indiki komputer oyunlarınıda bu cür ehtirasla bağlılıqla oynayanlar var.
Saatlarla gözümüzü ayırmadan, yerimizdən durmadan otururduq komputerin qarşısında, neçə dəfə uduzurduq "GAME OVER" yazılırdı, ama yenidən başlayırdıq, ta ki, verilən tapşırığı yerinə yetirənə qədər.
Əvvəllər "dendi" də, "seqa" da, oyun oynayarkən müəyyən missiyanı tamamlamamış kompyuter önündən qalxmazdıq, elə indiki komputer oyunlarınıda bu cür ehtirasla bağlılıqla oynayanlar var.
Saatlarla gözümüzü ayırmadan, yerimizdən durmadan otururduq komputerin qarşısında, neçə dəfə uduzurduq "GAME OVER" yazılırdı, ama yenidən başlayırdıq, ta ki, verilən tapşırığı yerinə yetirənə qədər.
Bəs adi oyunda belə inadkarlıq etdiyiniz halda, niyə bunu real həyatda da etmirsiniz ? Döydüyünüz qapı üzünüzə açılmayanda niyə təkrar olaraq daha
möhkəm döymürsünüz o qapını ? Niyə digər "qapılara" müraciət etmirsiniz?
Niyə görə harasa iş üçün müraciət edəndə yox cavabı alarkən, evə qayıdaraq iş yoxdu deyib başlayırsınız "vaxt öldürməyə"? Niyə o
anda əsəbləşib, inadkarlıq edib, "sabah bu gün etdiyim müraciətdən daha
çoxunu edəcəm" demirsiniz özünüzə? Əvəzində isə təslim olursunuz...
Niyə görə qarşınıza qoyduğunuz məqsəd uğurunda çalışarkən onu tamamlamaq üçün xırda bir detal çatışmayan kimi bir kənara atıb həvəsdən
düşürsünüz ? Əvəzində isə o xırda bir şey çatışmayana qədər nə boyda işlər görüb
o nöqtəyə çatdığınıza fikir vermirsiniz ? Axı bu boyda işi siz görüb o məqama
çatmısınızsa, o xırda detalı da həll etmək sizin üçün mümkün olan bir şeydir.
Həyat bəzən sizin qarşınıza çətin missiyalar çıxara bilər, bu
normaldır. Elə uşaqlıqda oynadığımız o oyunlarda da çətin missiyalar olurdu, ama
o missiyaları keçərkən mütləq bir bonus və hədiyyə qazanırdıq. Bu əksər
hallarda "əlavə bir can" olurdu, yəni canımız bir dənə də artırdı.
Əslində o oyunları biz böyüdükdən sonra "oynadığımız
oyunun" (yaşadığımız həyatın) kiçik bir modeli olaraq da qəbul edə bilərik.
Və anlamalıyıq ki,böyüdükdən sonra da qarşılaşdığımız çətinlikləri
inadkarlıqla dəhf etdik də, mübarizə apardıqda ya bizə əlavə bir "can"
(gələcəkdə qarşılaşacağımız çətinliklər üçün əlavə güc) ya da, oyunda
qazandığımız bonuslar əvəzinə uğurlar qazanacağıq
| Murad Məmmədov |
вторник, 9 декабря 2014 г.
Bir qız dostum var idi, gəzən ölüdən fərqlənmirdi.
Bir qız dostum var idi, gəzən ölüdən fərqlənmirdi. Həmişə onunla görüşəndə və ya telefonla danışanda əhvalının yaxşı olmadığını hiss ediridm, elə bil ona heçnə maraqlı gəlmirdi. Mən bunun səbəbini biımək istəyirdim, və elə bir gün gəldi ki, o başladı mənə danışmağa.
суббота, 6 декабря 2014 г.
Gənclər üçün jurnalistika təlimlərinə start verilib.
"Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun dəstəyi və " Elnaramedia "nın təşkilatçılığı ilə, "Məqsəd" adlı layhiə"yə start verilib.
Подписаться на:
Сообщения
(
Atom
)
