воскресенье, 18 января 2015 г.

Sosiallaşmağın zibilini çıxaranlar.

Əvvəllər insanların şəxsi həyatı vardı, ama indi əksəriyyətinin şəxsi həyatı yoxdur, əvəzində sosial həyatı var. Lap yaxşı, mən sosiallaşmağa qarşı deyiləm, əksinə o qədər dost tanışım var ki, artıq adları yadda saxlaya bilmirəm. beynimin "yaddaş kartı" dolub diyəsən. Sadəcə mən istənilən birşeyin həddən artıq abartılmasına ifrata varmasına qarşıyam.

Etdiyimiz hər şeyi dostlarımızla paylaşırıq, yemək, içmək, gəzmək, və hətta artıq cinsəl həyatı haqda "isti-isti" paylaşım edənlərdə var. Bütün bunlar yaxşıdır, ama qədərində və həddində olsa daha yaxşı olmazdımı ?

O gün facebook dostluq siyahımda olan bir xanım, partnyoru ilə yataqda şəkilini çəkib paylaşaraq bir qədər öncə yaşadığı seksi haqda yazmışdı. Ok başa düşdüm bu çox ağır və izahı qəliz məsələdir, yəni hər dəqiqə rastlaşdığımız birşey deyil.
Bəs az qala hər gün yediyi yeməyin şəkilini çəkib paylaşmaq nəyə lazım?
İlk dəfə yediyin birşey olsa, çək paylaş, anlaşılandır, təəsüratını dostlarınla bölüşürsən, çox gözəl.
Lakin bir insan o yeməkdən hər gün yediyi halda hər gün də şəkilini niyə çəkib paylaşsın axı ?
Buda küftə bözbaş, buda xəngəl, buda nə bilim nə. Ok da bunu hər dəfə yeyirsən hər dəfə də çəkmək məcburiyyətindəsən ?

Ən qəribəsi də, heç kəs də düşünmür ki, bəlkə bu yeməkdən dostluqumda olub da, yeyə bilməyən şəxslər var, niyə paylaşmaqla acıq vermiş kimi bir duruma düşüm ki ?. Nəsə əlamətdar gündür süfrə başında foto çəkdirirsən çox gözəl, bəs tək oturub yemək yediyin halda qoy bunun şəkilini çəkim paylaşım ideyasında hansı məntiqi əsas ola bilər axı ?. Məsələ ondadır ki, bir çoxları fərqinə varmadan, başqaları dəbə saldığı şeyləri edirlər, yəni bunu etməkdə şəxsi istək olmayıb, digərlərində görülüb və onlarla eyni cərgədə olmaq üçün bu "kompania"ya qoşulub. 
Yediyi hər şeyin də şəkilini çəkib paylaşmaq da belə yaranıb. Halbu ki, bəlkə o nümunə götürdüyü şəxs ilk dəfə suşi yediyi üçün çəkib paylaşıb, buda elə bilib ki vse, hər nə yedin paylaşmalısan mütləq.

Birdə sosial şəbəkələr sayəsində hər kəs keyfli olub Mahşallah. Kimə baxırsan filan şey  keyfi, o keyfi, bu keyfi. Çox fikirləşirdim ki, bunun səbəbi nədir ? o gün təsadüfən tv yanından keçərkən türk kanallarının birində makaron reklamı zamanı "makarna keyfi" cümləsini eşidənə qədər. Və artıq təxminən bilirəm ki, bu sözdə türk qardaşlarımızdan götürülüb, ama yəni onlarda danışıq tərzi budur, bu o demək deyil ki, etdiyin hər şeyin keyfini fotosu paylaşmalısan. Az qalıb başını göyə qaldıranda buludu görüb "bulud keyfi" paylaşsın. necə diyərlər "lan yetəəər!"

Bir durun ya, nəyi nə üçün etdiyinizin fərqinə varın. Kimsə birşey edirsə bu mütləq məntiqlidir və dəblidir məndə edim düşüncəsindən uzaq olun. İnanın ki, bu dəqiqə Azərbaycan da tualetdə şəkil çəkdirmək dəbə düşsə, daha öncələr elə şeyin pis olduğunu düşünən bir çox şəxsdə bu dəbə qoşulacaq və tualetdən "canlı yayıma" başlayacaq.
Heçdə hər kəsin etdiyi məntiqli deyil, bir şeyi etməzdən öncə düşünün, nə üçün edirəm ? lazımdırmı ? səbəb? məqsəd ?
Keçən səfər 28 mall da mado"da turmuşam dostumla, sol yanımızda olan masada 3 xanım əyləşib. Xanımlardan biri şəkil çəkdirib paylaşdıqdan sonra digərlərinə dedi ki, "dostlarımız dəli olacaqlar ki, bunlar nə qədər gəzir." İndi anlayırsınız ki, mən nələr gördükdən sonra bu haqda yazmağı qərara almışam ? və yazdıqlarım kimlərə ünvanlıdır ?

Bəyəndinsə Facebook"da paylaş



Murad Məmmədov



1 комментарий :