Haqqında

Murad Məmmədov - 1990-cı ildə Bakı şəhərində doğulmuşam. Braziliya seriallarını geridə qoyan həyat hekayəsinə sahib olsam da, bura yazaraq xərcləmək istəmirəm.
2010-ci ildən etibarən rəsmi olaraq qeydiyatdan keçmiş qeyri hökümət təşkilatlarından birində:
Motivator, Sosial mövzular üzrə təlimçi və Əlilliyin anlayışı üzrə ekspert kimi fəaliyyət göstərirəm.

Bundan əlavə bir neçə böyük və kiçik şirkətlərdə sosial media meneceri olaraq fəaliyyət göstərmişəm və hal hazırda bu fəaliyyətim də davam etməkdədir. 2011-2012 ci illərdən başlayaraq blogger"lik fəaliyəti göstərirəm. Bir saat məqalə yazmaqla məşğul olarkən yorulduğum kimi, 5-6 saat fiziki iş göördüyümdə yorulmuram. Çünkü yazarkən hisslərə qapılıram, rəsmən yazdığım hər bir cümləni yaşayaraq hiss edərək, cümlənin minimum 3-4 variantını ağlımdna keçirəndən sonra ən idealını seçərək yazıram.
Bu bloq da siz xsusən real həyatda rastlaşdığım hadisələlərə əsaslanaraq yazdığım yazılarımı oxuya bilərsiniz. Haqqımda  zaman-zaman daha ətraflı məlumatı Facebook Səhifəm"dən əldə edə bilərsiniz.

Комментариев нет :

Отправить комментарий