Daha öncədən də bildirdiyim kimi, artıq 3 ildir ki, Azərbaycanda
Avropa komissiyası tərəfindən maliyyələşdirilən və "British Council
Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilən "Bərabər və məhsuliyyətli
cəmiyyət üçün inkluziv qərarlar" adlı layhiə həyata keçirilir. Layhiənin
artıq sonuncu ili olmasına baxmayaraq layhiə çərçivəsində hələdə bir sıra tədbirlər
keçirilməyə davam edir.
Bu tədbirlərdən ikisi də geridə qoyduğumuz may ayının 22 və
27 tarixlərində baş tutmuşdur. Beləki ilk olaraq 22 may tarixində Ramana qəsəbəsində
yerləşən "Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya" mərkəzində,
daha sonra isə həmən ayın 27-si Əhmədli qəsəbəsində yerləşən "Bakı protez
ortopedic bərpa mərkəzi"ndə motivasia seminarları keçirilib.
"Sən Güclüsən" adlı keçirilən bu seminarlar təlimçi
olaraq mən Murad Məmmədov və ilk dəfə olaraq tərəf müqabilim Orxan Adigözəl tərəfindən
təqdim olunmuşdu. Seminar əsasən iki hissədən ibarət olmaqla:
•Əlillik nədir? Əlilliyin anlayışı fəlsəfəsi.
•Əlilliyi olan insanlara olan mövcüd yanaşmalar.
•Əlilliyi olan məhşur isanlar.
•Doğru və neytral hesab edilən danışıq etiketi.
•Özünə inam nədir, bizə nə verir?
•Özünə inanaraq tarixdə ilkə imza atmış insanlar haqda.
•Özünə inamı bərpa etməyin yolları.
Mövzularını əhatə edib.
•Əlilliyi olan insanlara olan mövcüd yanaşmalar.
•Əlilliyi olan məhşur isanlar.
•Doğru və neytral hesab edilən danışıq etiketi.
•Özünə inam nədir, bizə nə verir?
•Özünə inanaraq tarixdə ilkə imza atmış insanlar haqda.
•Özünə inamı bərpa etməyin yolları.
Mövzularını əhatə edib.
Bu seminarların əsas məqsədi, qeyd edilən reabilitasiya mərkəzlərində
iştirak edən əlilliyi olan insanlarda ilk növbədə düşdükləri mövcud durumu
doğru şəkildə anlamaları dərk etmələri və daha sonradan isə seminarın ikinci
hissəsində də qeyd edildiyi kimi, özünə inam səviyyəsini artıraraq həyata daha
pozitiv baxaraq, öz üzərlərində çalışıb sosial nailiyyətlər qazanmaları üçün
motivasia etməkdir.
Murad Məmmədov.
04.06.2015
Комментариев нет :
Отправить комментарий