суббота, 6 декабря 2014 г.

Gənclər üçün jurnalistika təlimlərinə start verilib.

"Beynəlxalq Avrasiya Mətbuat Fondu"nun dəstəyi və " Elnaramedia "nın təşkilatçılığı ilə, "Məqsəd" adlı layhiə"yə start verilib.



Layhiə çərçivəsində 19-29 yaşlarında, əlilliyi olan gənclərə vətəndaş jurnalistikası bacarıqları aşılanacaq. Layhiə"nin məqsədi, ölkəmizdə əlilliyi olan gəncləri aktiv cəmiyyətə inteqrasiyasına dəstək olmaq və vətəndaş cəmiyyətinin formalaşmasında onların nə qədər vacib və aktual rola malik olduqlarını önə çəkmək, cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdir.

Britaniyadan olan təlimçi  "Dan Mason", təlimlərin ilk günün də, uğurlu foto çəkilişin əsas qaydaları və çəkilən fotolardan video sujet hazırlamağın sirrlərini gənclərlə bölüşüb.
"Müstəqil Həyat" təşkilatının da  aktiv üzvlərinin qatıldığı, səmimi və yüksək əhval ruhiyyə mühitində keçən təlimin ilk gününün sonunda, gənclər gün ərzində əldə etdikləri yeni biliklərı sayəsində hazırladıqları sujetləri təqdim eiblər və onları internet vasitəsi ilə video portala əlavə ediblər.

İnternet dövrünün və insanların xəbərləri, yenilikləri ən azı televizia qədər internetdən də əldə etdiklərini nəzərə alsaq, hesab edirəm ki, 5-6-8 dekabr tarixlərində keçiriləcək bu layhiə, gənclərin düşüncələrini və rastlaşdığı hadisələri, həmçinin onları narahat edən məsələləri ictimaiyyətə düzgün, effektiv və cəmiyyət tərəfindən anlaşılacaq şəkildə çatdırmaq və fikirlərini bölüşmk üçün çox faydalı olacaq.

Təlimlərin növbəti günlərində təşkilatçılara və özümdə daxil olduğum iştirakçılara uğurlar arzulayıram :)










Комментариев нет :

Отправить комментарий