понедельник, 8 июня 2015 г.

2 manatlıq insanlığı olmayanlar.

Bu günlərdə işdən çıxandan sonra getdim dostlarımla görüşməyə. Biraz vaxt keçirdikdən sonra evə getmək üçün yenidən 28 maya qayıtmalı idim, çünkü Bakı Metropoliteninin rəhbərliyinin düşüncəsizliyi sayəsində şəhərin mərkəzi metro stansiyalarından istifadə edə bilmirəm. Səbəb isə odur ki, demək olarki bütün mərkəzi metro stansiyalarında pilləkan və ya lift yoxdur, yalnız eskalatordu. iki çəliklə isə eskalatordan istifadə etmək mənim üçün mümkünsüzdür.

Lift xəyal kimi görünsə də, adicə pilləkan də qoymurlar bu çıxışlara. Bu səbəbdən metro stansiyalarının yalnız əhmədli, xalqlar neftçilər və sairə kimi şəhərin mərkəzindən uzaqda olan stansiyalarından istifadə edə bilirəm, çünkü bu stansiyalarda eskalator yoxdu və eskalator olsada pilləkanlarda var.
Nə isə, təxminən "targoviy" tərəfdə yerləşən şaurma restoranı yaxınlığında idim, yorğun idim deyə piyada getmək istəmədim, tində dayanan taksi sürücülərinə yaxınlaşıb dedim ki, 28 maya 2 manata apararsız ? Bilirdim ki, 99% yox deyəcəklər. Çünkü elə bir zəmanədir ki, insanlar etdikləri işlərdə çox mənfəət əldə etməsələr o işi görməzlər.
O küçə müsahibələrində müsahibə verən camahatın insanlıqdan müsəlmançılıqdan danışmaqlarına baxmayın siz, onlar hamısı dildədi, əməldə və xarakterdə isə bu insanlar cəmiyyətə fayda verməkdən və insani keyfiyyətlərdən tamami ilə uzaqdırlar.

Sürücülərə yaxınlaşdıqda elə gözlədiyim kimidə oldu, dedilər yox azdı. Heçnə demədim dostumla yolumuza davam etdik, söhbət edə edə baş qarışdı gəldim çıxdım düz ağır cinayyətlər məhkəməsinin qarşısına yolun qarşı hissəsinə, ora isə 28 maya ən yaxın yerdir, yəni qışqırsan 28 mayda eşidiləcək o dərəcədə yəni )
Ardı-arda iki taksi dayanmışdı, birinin sürücüsü var idi, digərinin yox. Arxa avtomobilin sürücüsü orada idi, deyəndə ki, bəs 28 maya gedəcəm, dedi gözlə filankəsi çağırım, məndən öndə olan odur. Dedim lazım deyil e dayı, yaxın yerə gedəcəm bəlkə heç aparmaz lazım deyil. Dedi yox bəlkə apardı gözlə. Nə isə,  nə qədər lazım deyil desəmdə çağırdı sürücünü və oda gəldi. Eyni cümləni o şəxsədə qarşı işlətdim, dedim ki, 28 maya 2 aznə apararsız? Dedi yox azdı 3 manat elə, dedim oldu sağol :)

Əslində məsələ qətiyyən pulda deyil, cibimdə 60 azn ə yaxın pul vardı. Məsələ ondadır ki, o məsafəlik yol hətta 1 manatdır bəlkədə,  2 manatdan isə qətiyyən baha deyil. Gürcüstanda dəfələrlə çox qısa məsafəli yolu getmək lazım olub və elə oların pulu ilə 1 lari vermişəm. Əslində bizim sürücülərdə məsafəni çox gözəl hesablaya bilirlər, sadəcə bayaq qeyd etdiyim kimi, gəlir çox qalmır deyə yox deyirlər. Hadisəyə qayıtdıqda isə, qeyd etdiyim kimi sürücüyə bu boyda yola 3 manat verməkdənsə piyada gedərəm deyib yoluma davam etdim. Birdə gördüm arxadan kimsə səslənir, döndüm gördüm bir polisdir, deyir dayan. Dayandım gözlədim yaxınlaşdı, sən demə ağır cinyətlər məhkəməsinın qarşısında dayanıb mühafizə edən iki polisdən biridir. Yaxınlaşıb deyir nə dedin o sürücüyə ? niyə aparmadı səni ? Məndə hadisəni olduğu kimi izah etdikdə, dedi qələt eliyir (mən daha etik cümlə ilə ifadə edirəm) Yolun digər istiqamətindən bir başqa taksiə səsləndi çağırdı bizim yanımıza, dedi otur bu aparacaq. Deyirəm vallah lazım deyil e, özüm gedirəm, pulda var sadəcə sürücünün baha diməsinin prinsipinə düşmüşəm. Deyir yo sən dediyimi elə. Nəysə oturdum taksiə polis sürücüyə 4 manat verdi (hə bilirəm, ara yerdə qazanan bu taksi sürücüsü oldu) dedi hara istiyir orada apar, ürəyimdə deyirəm rəis da keçib 3-4 manatda artıq ver birdəfəlik evə gedim ))))
Bir sözlə getdik 28 mayda düşdüm. Düzdü düşəndən sonra ac idim deyə yemək falan aldım yedim, ama bunun mövzuya dəxli yoxdu deyə danışmayacam :))

Nə demək istəyirəm ? onu demək istəyirəm ki, əgər hər hansısa bir işdə maya dəyərindən artıq gəlir yoxdursa, qazanc yoxdursa, bu o demək deyil ki, biz onu etməməliyik, məsələdə bundadır. Çalışıb pul qazanaraq özümüzü ailəmizi dolandırmağı hamımız bacarırıq, bu çox bəsitdir. Lakin insanlıqda o zaman bilinir ki, sən gördüyün hansısa bir işdə gəlirin olmasa belə onu edirsən ki, özündəndə əlavə cəmiyyətə də xeyirin deysin, töhvə verəsən. Mən 5 ildi "Müstəqil Həyat" təşkilatında könüllü olaraq fəaliyyət göstərirəm, təki cəmiyyətə insanlara dövlətə bir xeyrim dəysin, insanın özünü insan hiss etməsi üçün gərəkəndə bu deyilmi ? Adın insan olmaqla deyil ki, o adı tamamlamaqda lazımdır.

Mən bəlkədə bu yazını yazmazdım, sadəcə məni insanların küçədə keçirilən sorğularda və ya hansısa verlişlərdə verdikləri müsahibələr çox əsəbləşdirir. 10 nəfərdən soruşsan ki, filan şeyə niyə pis baxırsız? niyə qarşısız ? onun 9 nəfəri özüdə elə çoxusu bu yaxınlaşdığım sürücülər kimi olanı söyləyəcək ki, çünkü olmaz, müsəlmançılıqdı, islam ölkəsiyik, ay elə, ay belə. Ama bütün deyilən bu sözlər qalır efirdə, realda adamın müsəlmançılıqla yaxından uzaqdan əlaqəsi yoxdu yəni :) sadəcə adam etirazını məntiqli şəkildə təsdiqləyə bilmir, çünkü məntiqsiz bir şəkildə etiraz edir zatən, yalandan yıxır nüsəlmançılığın boynuna.
Ümumiyyətlə hər nəsə olmamışdan öncə, ilk növbədə insan olmaq lazımdır. Dünyaya gəliş məqsədini işliyib yemək alıb yeməkdə bilmək çox yanlışdı. Cəmiyyətə faydamız toxunmasa...

Təbii ki, bu yazını cəsarətli və insan olmağı bacaran polisimizi alqışlamadan bitirmək olmaz, zatən demək istədiklərimdəndə ən başlıcası budur. Hansısa bir qrupdan olan insanlara yəni o qrupun üzvlərinin hamısına eyni düşüncə ilə yanaşmaq, birinə görə hamısına eyni münasibəti göstərmək yanlışdı. Yaxşı polislərimizdə var, yaxşı taksi sürücülərimizdə var. Sadəcə bu yaxşıların pislərlə nisbətdə az olmasını yox, daha çox olmasını istəyirik.

Facebookda izlə.

Murad Məmmədov



Комментариев нет :

Отправить комментарий