суббота, 28 марта 2015 г.

Seks də daha önəmli "şeylər" var.

Təxminən iki il öncə tez-tez görşdüyüm və sevgi münasibətində olduğum bir xanım vardı. Xanımın heç bir əlilliyi yox idi, hər zaman hara birlikdə getsək, məndən utanırdılar soruşmağa, qızdan soruşurdular ki, oğlan nəyindi? Sevgilindi? ) bu adətən birlikdə geyim falan almağa gedəndə baş verirdi. Satici özünü yaxın hiss edən kimi belə bir sual verirdi, doğrudu hər dəfəsində olmasa da, az sayda da olmurdu.

Bundan əlavə adicə sadəcə dost olduğum bir xanımla da (bu arada oxuyursa salamlarımı göndərirəm :D ) tez-tez görüşüb ingilis dili çalışırdıq, və gah yan masada olan kimsə və ya adicə dayanacaqda söz soruşduğumuz şəxs soruşurdu ki, siz bacı qardaşsız ? indi guya biz oxşuyurmuşuq və ona görə belə bir sual verir. Ürəyimdə diyirdim ki, kimə gəlirsən əə?  Sadəcə bilmək istəyirsən ki sevgiliyik ya yox, ona görə sualı dolayısı yol ilə verirsən də.

Bir sözlə hər hansı bir xanım yanımda olanda, küçədə hansısa bir şəxslə dialoq yaransa, adam dərhal özünü yaxın hiss edib belə bir sual vermə ehtimalı var. Əslində bunun səbəbidə məlumdur, insanların əksəriyyətinın beynində belə bir fikir formalaşıb ki, əlilliyi olan bir şəxsin sevgilisi də əlil olmalıdır.
Ona görədə əlilliyi olmayan birini gördükdə dərhal maraqlanırlar.

İnsanların bu cür düşünməsinin bir neçə səbəbi var ki, onun ikisi mənə daha dəqiq məlumdur.
Bunlardan biri odur ki, cəmiyyət əlilliyi elə bir məfhum kimi qəbul edir ki, düşünürlər elə ancaq özü kimi biri ilə sevgili ola və ya evlənə bilər. Yəni əlilliyi olan şəxs, əlilliyi olmayan biri ilə sevgi münasibəti yaşamağa laiq biri deyil. Lakin əlilliyin nə olduğunu bilsələr və dərk etsələr, heçdə belə düşünməzlər. Vallah qətiyyən düşünməyin ki, Murad özündən uydurur bunu, xeyir, bunu siz öz valideynlərinizin, nənələrinizin babalarınızın necə diyərlər "ağzını arıyaraq" üstü örtülü şəkildə maraqlananda dəqiqləşdirə bilərsiniz. Yəni görəcəksiniz ki, bu belədir, əksəriyyət belə düşünür. Məndə düşünürdüm ki, əşi yox insanlar belə düşünəcək qədər cahil olmaz, ama rastlaşdığım hadisələr bunu göstərir.

Nəysə mövzudan yayınmayım. İnsanların belə düşünməyinin ikinci səbəbidə, əlilliklə bağlı fəaliyyət göstərən əksər dövlət və qeyri dövlət qurumlarında çalışanlar daima əlilliyi olan qızla oğlanı evləndirməyə çalışırlar, və düşünürlər ki ən doğrusu budur. Hələ bir dəfə ictimai tv də verlişlərin birində qonaq idim. Dediyim kimi bu sahədə çalışan şəxslərdən olan bir qadın qeyitdi dedi ki, bəs biz onları bir biri ilə evləndiririk, və ən dəhşətlisi qadın söylədi ki, ən yaxşısı elə əlilliyi olan şəxslərin bir-biriləri ilə evlənmələridir, yəni bu cür olmalıdır ancaq, bu halda onlar xoşbəxt ola bilərlər başqa cür xoşbəxt ola bilməz bir əlilliyi olan şəxs əlilliyi olmayan biri ilə ailə qursa, yəni sözündən belə çıxdı.

Təbii ki bütün bu düşüncələrin başlıca səbəbi, keçmişdə insanların məntiqdən daha çox xurafata meyilli yaşamaları və davranmalarıdır ki, bu tip yanlış düşüncələr bu günkü günümüzə qədər gəlib çıxa bilib. İntim mövzuya gəldikdə isə, Orxan Adıgözəl qardaşımız bu haqda bir neçə dəfə yazıb və mən toxunmağa ehtiyac duymuram. Sadəcə məsələ burasındadır ki, Orxan hər dəfə əlilliyi olan insanların aktiv cinsəl həyatının da tamami ilə mümkün olması haqda falan yazanda, mən düşünürdüm ki, doğurdandamı bu məsələlər haqda yazmağa ehtiyac var ? Yəni doğurdanmı kiminsə hər hansı bir fiziki məhdudiyyəti olduğuna görə insanlar onun seks həyatına şübhə ilə yanaşarlar ? və ya o şəxsin övladı ola bilməsinə şübhə ilə yanaşarlar ?

Ama bu gün mənə yaxın olan birinin mənə başqa insanın bu mövzuya dair olan fikirlərini söylədikdən sonra çox təəcübləndim, nətər diyərlər əlim üzümdə qaldı ki, axı necə ola bilər ki, insanlar məsələn atıram, kiminsə ayaqlarında və ya əllərində problem olduğu üçün, onun övladının da ola bilməyəcəyini düşünə bilərlər, axı seksə lazım olan bunlar deyil :) Yəni bəs bir insan belə düşünürsə, necə oldu o insanın oxuduğu anatomia, bialogiya kitabı ? yəni onları oxuyub da, genetik xəstəlikləri fiziki məhdudiyyətlə necə səhv salmaq olar ?

Bir sözlə qardaş, Tanrı bizi cahillikdən və savadsızlıqdan qorusun. Üç dəfə amin diyün gedey mərhumu basdırmağa. :)


Facebook da izlə.




Murad Məmmədov



Комментариев нет :

Отправить комментарий