Onu
çox sevirdim, dediyniə görə oda məni, münasibətimiz əla gedirdi, eyni zamanda mən
onu itirməkdən çox qorxurdum, onu itirməmək üçün bir çox şeyi gözə almağa hazır
idim.
Bir
gün onun telefonuna göz gəzdirəndə gördüm ki, bir başqa oğlanla yazışıb. Sms’lərdə açıq aşkar xəyanət görünməsə də, adi
sms”ə də bənzəmirdi. Qərara aldım ki, bunu onun özündən soruşum, və ondan
soruşanda ki, bu oğlanla yazışmağın səbəbi nədir ? dedi dostumdu, sadəcə təcili
kontur lazım idi və sairə. O an üçün mən ona inanmışdım, ama get-gedə onun mənə
sadiq biri olmağına şübhə ilə yanaşırdım, Lakin heç cür ondan ayrıla bilmirdim,
çünkü mən onu itirməkdən çox qorxurdum, onu itirməyi təsəvvür belə edə
bilmirdim. Bu səbəbdən daha sonra bütün əsəb sistemim pozuldu, onun etdiyi qəribə
hərəkətlər məni ondan soyudur, onu itirmək qorxum isə ondan ayrılmağıma mane
olurdu, məni ondan aslı edirdi. Artıq tez-tez
dalaşır bir neçə gün danışmırdıq, və bir gün mən qərara gəldim ki, ondan
ayrılım, düzdü çox çətin oldu, bütün hisslərim qarışmışdı bir birinə, eyni
zamanda da əsəb pozğunluğundan əziyyət çəkirdim. Lakin mən bunu başardım və o
xanımdan həmişəlik ayrıldım.
Bu hadisə mənim üçün böyük bir dərs oldu, mən anladım ki, sahib olduqlarını itirməkdən qorxduğun zaman, onu itirməyi təsəvvür belə edə bilmədiyin zaman, artıq əlində olana sən sahib olmursan, əlində olan sənə sahib olmağa və səni idarə etməyə başlayır, artıq sən “sən” olmursan, işin gücün yalnız sahib olduğunu itirməmək üçün çalışmaqdan ibarət olur, həyatdan ləzzət ala bilmirsən, və az öncə qeyd etdiyim kimi, sahib olduqlarını gözə ala bilmədiyin zaman, sahib olduqların sənə sahib olmağa başlayır.
Bu hadisə mənim üçün böyük bir dərs oldu, mən anladım ki, sahib olduqlarını itirməkdən qorxduğun zaman, onu itirməyi təsəvvür belə edə bilmədiyin zaman, artıq əlində olana sən sahib olmursan, əlində olan sənə sahib olmağa və səni idarə etməyə başlayır, artıq sən “sən” olmursan, işin gücün yalnız sahib olduğunu itirməmək üçün çalışmaqdan ibarət olur, həyatdan ləzzət ala bilmirsən, və az öncə qeyd etdiyim kimi, sahib olduqlarını gözə ala bilmədiyin zaman, sahib olduqların sənə sahib olmağa başlayır.
Bu həqiqətən
belədir. İşini çox sevirsən, itirməkdən qorxursan və bir gün işdə sənə
haqsızlıq olunduğunda, haqqın tapdalandığında, itirmək qorxusu ilə bu haqsızlığa
qatlanırsan, boyun əyirsən, göz yumursan, susursan, acıya dözürsən, niyə ? Çünkü
itirməkdən qorxursan. Sahib olduqlarını itirməkdən aşırı dərəcədə qorxanların, hətta
bütün ömürləri qorxu və vəs-vəsə içində keçir. Birdən ona birşey olar, onu əldən çıxararam, itirərəm və sairə, bu artıq əsarətdir!
Mən
başa düşürəm, itirmək heçdə asan deyil, ama dözülməyəcək bir şey də deyil, ən
azından nəyinsə köləsi olmaqdansa, o şeyi itirib azad olmaq daha yaxşıdır. Yox-yox!
mən istəmirəm ki, insanlar çox vecsiz olsunlar, hər şeyə müvəqqəti hisslərlə
yanaşsınlar, yox qətiyyən, bu zaman
başqa problemlər yaranar. Belə olacağı halda, ən azından ayrılıqların sayı yüksək
olacağı və işsizlərin sayının artacağı dəqiqdir : )
Sadəcə
çalışmaq lazımdır ki, sahib olduqlarını bir gün itirə biləcəyinidə düşünəsən
arada, və itkini dünyanın sonu kimi qəbul etməyəsən, çünkü əbədi heçnə
yoxdur, özün belə əbədi deyilsən, bir
gün özün də özünü itirəcəksən...
Əgər
mütləq ki, nəyisə itirməkdən qorxmaq istəyirsənsə, o zaman şərəfini, ləyaqətini,
mənliyini itirməkdən qorx!! Çünkü bu
qorxunun qorxusu yoxdur, bu zaman yalnız yüksələrsən.
Murad Məmmədov |
Bes her iki teref bu hissi yawiyirsa.Yeni her iki teref itirmekden qorxursa bu istiraba qatlanirsa?
ОтветитьУдалитьDuz deyirsiz. .heqiqet budur. . ((
УдалитьHal hazirda men bu veziyyeti ysayiram.Bir terefim her sheyi burax vazkech deyir bir yanimda ise itirmek qorxusu.Bir canda iki fikir.....ve men tam qerara gelmekden qorxuram
ОтветитьУдалитьSen nece gözel insansan Murad :)
ОтветитьУдалить