пятница, 9 января 2015 г.

Fəqli keçən yeni il.

Təxminən  1-2 həftə öncə yenə yeni il oldu. Həyatımın 25-ci yeni ili idi. Amma görünür ki. bu yeni il mənim xatirəmdən hələ uzun müddət çıxmayacaq. Əslində bayramı ayın 30 u dostlarla yaxşı şəkildə qeyd etmişdim, ona görədə ayın 31 i üçün heç bir planım yox idi. Sadəcə axşam saatlarında getdim əhmədliyə bir iki tanışımla çay içməyə. Onlarda sağolsunlar saat 12 ə yaxın durub getdilər : ) ama mən qaldım. Yüngül bir zədəm olduğu üçün də, başqa yerə getməyə həvəs yox idi.

Əslində artıq ayın 30 dan  31 i gecə saat  12 ə qədər facebook statuslarından bir qədər qıcıqlanmışdım. Çünkü çox sayda facebook dostum Yeni ili evdə qarşılayacaqları üçün üzüntülü olduqları haqda statuslar paylaşırdılar, nə bilim camahat filan yerdədi mən isə filan yerdə və sairə kimi statuslar paylaşırdılar. Amma anlamırlar ki, elə əsl bayram səni sevən sənə dəyər verən insanların ətrafında olmaqdı, onlarla qeyd etməkdir. Fərqi yoxdur evdə, bayırda, və ya hansısa bir başqa məkanda. Ümimiyyətlə xoş, maraqlı, faydalı səmərəli işlər görülən və mənalı keçirilən hər bir gün insan üçün bayrama bərabərdir. Yəni təqvimin 31 dekabr tarixiniə bu qədər əhəmiyyət yükləməməkdə olar.

Artıq gecə saat 12-ə bir neçə dəqiqə qalırdı, ən-ənəvi olaraq Cənab prezidentin çıxışı başladı, tv"nin səsi alınmışdı deyə tam başa düşmürdüm nə deyir, ama yenədə baxırdım : )
Son Dəqiqələr idi, yeni ilə bir neçə saniyə qalırdı, son 3-2-1 vəəə yeni 2015-ci il, uraaa!
Məkanın sahibi və çalışanları masa ətrafına toplaşmışdılar, dərhal şampan partladıldı, tort kəsildi və yeni ili qeyd etməyə başladılar.

Ətrafda qısa ətək geyinmiş gözəlçələr vardı, yeni il üçün xsusi bəzənmişdilər. Əhvalları yaxşı görünürdü. Və birdən o gözəlçələrin arasında gözlərim onu gördü, təxminən 50-60 yaşları olardı. Ətrafda hər kəs əylənirdi. Əylənməyən bir mən idim birdə o. Çünkü mən onu izləyirdim, o isə... Başına yaylıq bağlamasına rəğmən, yaylıqdan çıxıb tökülən ağarmış saçları insanı dahada incidirdi. Hər kəs əlində qədəh ayaq üstə dik dayandığı halda, o onsuzda qocalığın belini əyməsindən əlavə olaraq bir qədərdə əyilmişdi, çünkü o yeni ili hansısa bir xarıcı ölkədə, şahdaq da, və sairə istirahət  zonasında deyil hətta isti evində belə qeyd edə bilməyən iş başında olan və saat 12 də partladılaraq yerə dağıdılan şampan şərabını silən "pol silən" xadimə qadın idi.

Bir qədər donmuş halda onu izlədikdən sonra yenə facebook da yazılan statuslar yadıma düşdü.
Yadıma düşdü ki, isti evdə ailəsi ilə və ya heç ailəsi ilə olmasa belə, dostları, tanışları bir sözlə ona dəyərli olan və ona dəyər verənlərlə birlikdə, yeni ili qeyd etməsindən təəsüflənərək isyan dolu paylaşımlar edən şəxslər var.

Əslində çox əlavə izaha ehtiyacı olmayan durumdur, həmçinin istmirəm elə biləsiniz ki, deyirəm kiməsə baxın şükür edin. Yox, əksinə hesab edirəm ki, insan hər zaman şükür etməlidir, bunun üçün mütləq nəyisə görməsinə gərək yoxdur. Həmdə Şükür etmək üçün özündən daha çətin vəziyyətdə olan birindən istifadə edərək onun üzərindən şükür etmək bir qədər ədalətsizlikdir deyə düşünürəm.
Əslində o qadına halaldır, onun adına fəxr eiləcək bir durumdur, bu yaşda kimsədən aslı olmamaq üçün hətta bayram günü saat 12 də iş başındadır.
Sadəcə bilin ki, hər kiçik şeydən, şikayətlənmək, isyan etmək, sahib olduğunun mahiyyətini dərk etməmək çox yanlışdır.

Biz insanlar bütün bunları anlamaq üçün mütləq bu kimi hadisələrlə rastlaşmamalıyıq. Bizlər sadəcə hər zaman, dünyada milyonlarla insan olduğunu,  və o milyonlarla olan əksər insanın müxtəlif çətinliklərlə müxtəlif əlverişli olmayan şərtlərlə yaşadığını xatırlamalı və əgər öz həyatımızda nəsə xoşumuza gəlmirsə, oturub şikayətlənməkdənsə o durumu düzəltmək üçün çalışmalı və mübarizə aparmalıyıq. Kiməsə möhtac olmaqdansa o gecəni orada keçirən qadın kimi!

Bəyəndinsə facebook da paylaş.



Facebook da izlə.


Murad Məmmədov



Комментариев нет :

Отправить комментарий