понедельник, 17 ноября 2014 г.

Çay evində işləyən qızlar.

O gün ərazisinə görə məhşur olan çay evlərindən birindəydim. Gec saatlara qədər işləmək üçün kompyuterimidə özümlə götürmüşdüm.  Uzun müddət işlərim,  gecə saat  dördə işləyirdi, dedilər ki, məkan bağlanır və yeganə müştəridə mən idim. Məndən başka orada çalışan bir xanım və bəy qalmışdı, hesabı ödəyib qapıdan çıxmışdım ki, xanım soruşdu ki, taksi var ? yoxdu, piyada gedəcəyimi söylədikdə, dedi hansı tərəfə gedirsən ?
dedim burada yaxınlıqdakı flan yerə, (işləməyə davam etmək üçün başka açıq bir kafeyə gedirdim) dedi gözlə bizim arxamızca taksi gəlir birlikdə gedərik.  Nəysə taksini gözlədik gəldi və mindik taksiə, enəcəyim yerə çatdıqda isə xanım söylədi ki, “neynirsən ora bura gedirsən, bağlı olar qalarsan bayırda, gəl gedəcəyin yerə qədər ötürək səni” dedim yox, işimi davam etməliyəm və sağollaşaraq endim maşından.

Xoş niyyətli insanlarla dəfələrlə rastlaşdığım üçün bu hadisə mənim üçün fövqaladə birşey deyil, ama olduqca düşündürücü hadisədir. Ona görə düşündürür ki, yaşadığım binada öpüşüb görüşdüyüm qonşuların mən piyada yol ilə gedərkən yanımdan maşınla keçib getdikləri ilə dəfələrlə rastlaşmışam, getdikləri yola qədər ötürməməkləri bir kənara, heç maşını saxlayıb hara getdiyini belə soruşmurlar. Məhşur Azərbaycan filmi olan “uşaqlığın son gecəsi filmində Davud”un dediyi kimi, Söhbət sosiskada deyil e, söhbət “vnimatelni” olmaqdadı. Çay evində işləyən xanım qədər diqqətli olmayan insanlar, sonra söhbət düşəndə çay evlərində, pub”larda işləyən qızların hamısı barədə eyni düşüncədə olaraq ağızlarına və ağıllarına gələn səviyyəsiz söhbətlər edirlər. Hamısı barədə axlaqsızdı və sairədir kimi mənfi  stereotiplərlə çıxış edirlər. Bir çox məsələyə diqqətlə yanaşdığım üçün bu xanımlar da hər zaman mənim diqqətimi çəkiblər və düşündürüblər, əksəriətindən fərqli olaraq hər zaman bənzər məkanlara gedərkən səmimi və etika çərçivəsində zarafat və söhbətlər edərək onlara xoş əhval bəxş etməyə çalışıram və bu mənim çox xoşuma gəlir.

2013-cü ilin yeni il gecəsi yenə bənzər bir məkanda, dostlarla yeni ili qeyd edirdik. Həmən gecə orada 3-4 ofisiant xanım çalışırdı, siz təsəvvür edin biz ora gecə 11-12 radələrində getdiyimiz saatdan düz  səhər saat 6 ya qədər onlar orada bir dəqiqə dayanmadan ayaq üstə işlədilər, olduqca səsküylü, tüstülü və təmiz olmayan havada, özüdə bayram günü. Siz və hətta mən təsəvvür edə bilmərik ki, o qədər saatı ayaq üstə qaça-qaçla işləmək nə deməkdir, özüdə əksəriəti 5-10 manatı var deyə harınlamış, özünü heyvan kimi aparan, dünya görüşü “belə məkanda işləyirsə əxlaqsızdır” dərəcəsində dar olan insanlar qarşısında. Ama hesab edirəm ki, əxlaqsız olan kəs bütün o gecəni orada çalışmaqdansa, seks bizneslə məşğul olardı (pul qarşılığında sekslə məşğul olmağın etik təsfiridir).


Bacardığınız qədər heç vaxtı insanlara görünüşünə və ya fəaliyyətinə görə qiymət verməyin, inanın ki belə etmək, özü bir tərbiyyəsizlikdir. Hər kəsin hər hansı bir mühitə düşmə səbəbi müxtəlifdir və bu da hər kəsin eyni olmadığını dərk etmək üçün kifayət edir.

Facebook"da izlə.

Murad Məmmədov


4 комментария :