90-cı illərin gəncləri yaxşı xatırlayar, çünkü əksəriyyətində olub ondan. Söhbət dendi və seqa kimi komputerlərdən gedir.
Əvvəllər "dendi" də, "seqa" da, oyun oynayarkən müəyyən missiyanı tamamlamamış kompyuter önündən qalxmazdıq, elə indiki komputer oyunlarınıda bu cür ehtirasla bağlılıqla oynayanlar var.
Saatlarla gözümüzü ayırmadan, yerimizdən durmadan otururduq komputerin qarşısında, neçə dəfə uduzurduq "GAME OVER" yazılırdı, ama yenidən başlayırdıq, ta ki, verilən tapşırığı yerinə yetirənə qədər.

Bəs adi oyunda belə inadkarlıq etdiyiniz halda, niyə bunu real həyatda da etmirsiniz ? Döydüyünüz qapı üzünüzə açılmayanda niyə təkrar olaraq daha
möhkəm döymürsünüz o qapını ? Niyə digər "qapılara" müraciət etmirsiniz?
Niyə görə harasa iş üçün müraciət edəndə yox cavabı alarkən, evə qayıdaraq iş yoxdu deyib başlayırsınız "vaxt öldürməyə"? Niyə o
anda əsəbləşib, inadkarlıq edib, "sabah bu gün etdiyim müraciətdən daha
çoxunu edəcəm" demirsiniz özünüzə? Əvəzində isə təslim olursunuz...
Niyə görə qarşınıza qoyduğunuz məqsəd uğurunda çalışarkən onu tamamlamaq üçün xırda bir detal çatışmayan kimi bir kənara atıb həvəsdən
düşürsünüz ? Əvəzində isə o xırda bir şey çatışmayana qədər nə boyda işlər görüb
o nöqtəyə çatdığınıza fikir vermirsiniz ? Axı bu boyda işi siz görüb o məqama
çatmısınızsa, o xırda detalı da həll etmək sizin üçün mümkün olan bir şeydir.
Həyat bəzən sizin qarşınıza çətin missiyalar çıxara bilər, bu
normaldır. Elə uşaqlıqda oynadığımız o oyunlarda da çətin missiyalar olurdu, ama
o missiyaları keçərkən mütləq bir bonus və hədiyyə qazanırdıq. Bu əksər
hallarda "əlavə bir can" olurdu, yəni canımız bir dənə də artırdı.
Əslində o oyunları biz böyüdükdən sonra "oynadığımız
oyunun" (yaşadığımız həyatın) kiçik bir modeli olaraq da qəbul edə bilərik.
Və anlamalıyıq ki,böyüdükdən sonra da qarşılaşdığımız çətinlikləri
inadkarlıqla dəhf etdik də, mübarizə apardıqda ya bizə əlavə bir "can"
(gələcəkdə qarşılaşacağımız çətinliklər üçün əlavə güc) ya da, oyunda
qazandığımız bonuslar əvəzinə uğurlar qazanacağıq
Murad Məmmədov |
Комментариев нет :
Отправить комментарий