пятница, 8 января 2016 г.

Murad Məmmədov - Seçmə deyimlər ( 3-cü hissə )

Etdiyin hər birşeyin məhsuliyyətini öz üzərinə almağın verdiyi zövq, bir çox zövqdən daha çox həzz verir.

Qadinlar zinyət əşyası kimidir.
Qayğısına qalsan incə davransan daima parlayar və səni baxımlı edər.

Ötüb keçən zaman vəfat etmiş insana bənzər, onu geri qaytara bilməzsən, sadəcə yeniləri ilə əvəz edərsən, oda geridə qoyduğun kimi eyni olmaz.

İnsan durumundan məmnun olduğu və şikatətçi olmadığı müddətcə, bir başqasının o durumun pis olmasını söyləməsi yanlışdır.

Və insanlar görüntüyə aldanaraq reallıqdan uzaqlaşdılar.

Həyat heç zaman bir məhfumdam ibarət ola bilməz, həyat hər şeydən birazdır.

Bəzən cəsarətsiz insanlar, cəsarətli insanlara paxıllıq etdikləri üçün, onları tərbiyəsiz adlandırırlar.
Həmdə, tərbiyənin nə olduğunu bilmədən.

Bəzən nəsə görünmür, və insanlar yoxdu düşünürlər.

Özünə inanan insanlar xüsusi cazibə qüvvəsinə sahib olaraq, ətrafdakı insanları cəzb edirlər. Cazibədar olmaq üçün özünüzə inanın

Heç bir yarışın mükafatı sənin qədər dəyərli deyil.

Payız və qış fəsillərinin olduğunu nəzərə alaraq, öz daxilində hər gün doğan bir günəşini yaradacaqsan.

Həyat oyununun digər oyunlardan fərqi onadır ki, burada qalib olmaq üçün sənə qalib olmaq üçün istədiyin qədər şansını sınamaq fürsəti verilib.

Mübarizə gələcək üçün yatırılmış ən böyük depozitdir.

Əks istiqamətlərdə gedən iki qatar kimiydik biz.

среда, 28 октября 2015 г.

Pul qazanmaq istəyərkən, pul itirən sürücü.

28 mayda yerləşən Səməd Vurğun bağı bir çox xüsusiyyətləri ilə məhşurdur. Bu xüsusiyyətlərdən biri də, ətrafında çox sayda taksi sürücülərinin olmasıdır. Həmçinin də "Hövsana bir manat" qışqırtıları ilə. Ümumiyyətlə bu səsi o qədər eşitmişəm ki, hərdən elə bilirəm dünyanın istənilən yerindən hövsana bir manata getmək olar.

вторник, 20 октября 2015 г.

Azərbaycanda insanları niyə dilənçi hesab edirlər ?

Bu hadisəni mən ilk dəfə eşidəndə utandığımdan "yerin dibinə girmişdim". Həqiqətən deməyə söz tapmırdım, yalandan təsəlli verməyə çalışırdım, bir də onun dediklərini təsdiqləyirdim.

3 ildir əlillik mövzusunda bir layihədə iştirak edirəm, bu layihə çərçivəsində 2 dəfə Ukraynada olmuşam. Hər iki səfərimdə orada keçirilən tədbirdə Volodimir adında əlil arabasında olan bir ekspert də iştirak edib. Bu yaxınlarda eşitdim ki, bəs bu Ukraynalı ekspert və yanında da heç bir əlilliyi, yəni fiziki məhdudiyyəti olmayan bir qadın ekspert Azərbaycana gəliblər, elə məhz bu layihə çərçivəsində.

понедельник, 21 сентября 2015 г.

FAHİŞƏLƏRİ SEVİN

O hər zaman ac idi, nə qədər versəmdə doymurdu, hər zaman və hər zaman daha çox istəyirdi. Yox bəziləri kimi nə bahalı geyimə, nə pula nədə yeməyə, o sevgiyə ac idi, axı cəmiyyət fahişələri sevmir...
Bəzən sən isti evində yatağında yatarkən, o pul qarşılığında tanımadığı kişilərlə yatırdı. O oqədər “fahişə” idi ki, boşanandan sonra övladını çölə atmamışdı, uşağını həmdə anasız qoymaq istəməmişdi. O həmdə ona görə fahişə idi ki, müraciət etdiyi 5 iş baş vurusunun  4-də ona yatmaq təklif olunmuşdu.

четверг, 10 сентября 2015 г.

15 ilimizi nəyə sərf edirik ?

Bir dəfə təxminən gecə saat  iki radələri olardı, iki dostumla oturmuşduq kafedə söhbət edirdik, dostumun biri elə oturduğumuz kafenin sahibi idi. Söhbət əsnasında bəlli oldu ki, heç birimiz hazırda fəaliyyət göstərdiyimiz sahə üzrə təhsil almamışıq, amma hər üçümüz öz sahəmizdə cəmi bir neçə il pratiki olaraq çalışaraq öyrənməklə bu sahədə azdan çoxdan sözümüzü demiş adamlarıq.

суббота, 15 августа 2015 г.

Gəmi kapitanı indi küçədə yaşayır.

Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə sahil metrosunda lift və pilləkan olmadığı üçün yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün 28 maydan gəzə-gəzə bəşir səfəroğlu küçəsinə gedirdim. Üzeyir Hacıbəyov adına musiqi konservatoriyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim. Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir. Həyatdır hər şey ola bilər, insanlar müxtəlifdir deyib  çox baxmadım təbii ki. Təxminən  4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədiki, "bəlkə konturun olar zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər" tərslikdən həmən anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə mağazadan kontur alıb verim sizə.

четверг, 23 июля 2015 г.

Pozitiv olmağın 6 qaydası.

Murad Məmmədov
Pozitiv Olmaq - Bəzən insanlar bunu xoşbəxtliklə səhv salırlar. Bəzən isə özünü aldatmaq heab edirlər.
Əslində isə pozitivlik bunların heç biri deyil, çünkü xoşbəxtlik fərdi anlayışdı, hər kəsi bir ayrı şey xoşbəxt edə bilər, və səni xoşbəxt edən birşey başqasını nə xoşbəxt edə bilər, nədə pozitiv. Pozitivlik özünü aldatmaqda deyil qətiyyən. Ona görə ki, hər bir çətnlikdə və ya xoşa gəlməz hadisədə, mütləq ki, dahada çətini ola bilərdi və ya yaşadığınız xoşa gəlməz hadisənin daha pisi ola bilərdi. Bilirəm indi hər hansısa bir Problemi olan oxucu ürəyində deyir ki, bundanda pisi ? bəli bundanda pisi! Əgər qarşılaşdığınız problemləri dünyanın sonu hesab edirsinizsə, deməli siz fiziki olmasada, düşüncə baxımından görmə məhdudiyyətlisiniz, ətrafa yaxşı baxa bilmirsiz.

воскресенье, 19 июля 2015 г.

Övladlarımızı necə tərbiyyə edirik?

Ölkəmizdə insanlar bir çox məqamlara həyatlarında xüsusi önəm verir və özlərinin ən önəmli missiyalarından biri hesab edirlər. Bunlardan biri də tərbiyyədir.  Bizim insanımız sevir özünün, övladının və ya digər bir yaxınının tərbiyyəsi haqda uzun uzadı dnaışmağı, qurrələnməyi, fəxr etməyi.

суббота, 13 июня 2015 г.

IDEAS layhiəsində iştirak edən Azərbaycan heyyətinin Ukrayna səfəri.

IDEAS layhiəsi haqda daha öncədən bir neçə məqalə yazmışdım, lakin layhiə davam etdikcə və sona yaxınlaşdıqca dahada maraqlı və gözlə görülən nəticələri ortaya çıxır. Çünkü artıq 3 ildir layhiə çərçivəsində əldə etdiyimiz yeni bilgiləri tətbiq etmə zamanıdır, yəni kiçik pilot layhiələr həyata keçirmək Lazımdır. Hansı ki, bu layhiələr əlilliyi olan insanarın onlar haqda verilən qərarların verilməsində və ya onlar üçün hazırlanan xidmətlərin hazırlanmasında onların özlərinin də iştirak etməsinə azda olsa vasitə olsun.

понедельник, 8 июня 2015 г.

2 manatlıq insanlığı olmayanlar.

Bu günlərdə işdən çıxandan sonra getdim dostlarımla görüşməyə. Biraz vaxt keçirdikdən sonra evə getmək üçün yenidən 28 maya qayıtmalı idim, çünkü Bakı Metropoliteninin rəhbərliyinin düşüncəsizliyi sayəsində şəhərin mərkəzi metro stansiyalarından istifadə edə bilmirəm. Səbəb isə odur ki, demək olarki bütün mərkəzi metro stansiyalarında pilləkan və ya lift yoxdur, yalnız eskalatordu. iki çəliklə isə eskalatordan istifadə etmək mənim üçün mümkünsüzdür.

четверг, 4 июня 2015 г.

Reabilitasiya mərkəzlərində motivasiya seminarları keçirilib.

Daha öncədən də bildirdiyim kimi, artıq 3 ildir ki, Azərbaycanda Avropa komissiyası tərəfindən maliyyələşdirilən və "British Council Azerbaijan" təşkilatı tərəfindən həyata keçirilən "Bərabər və məhsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar" adlı layhiə həyata keçirilir. Layhiənin artıq sonuncu ili olmasına baxmayaraq layhiə çərçivəsində hələdə bir sıra tədbirlər keçirilməyə davam edir.

среда, 13 мая 2015 г.

Qucaqlaşmaqdan qorxan cəmiyyət

O günlərdə oturmuşam günü-gündən çiçəklənən, əslində isə günü-gündən mərmərləşən şəhərimizin fəvvarələr meydanında, birdə gördüm orta yaşlı bir xanım, yanında da bir neçə gənc qız, yaxınlaşdılar mənim yanımda oturan bir qadına və aralarında belə bir dialoq yaşandı:

+ Salam, olar sizi qucaqlayaq?
- Nə üçün?
+ Bir-birimizə pozitiv əhval bəxş etmək üçün.
- Qucaqlaşmadan olmaz?

пятница, 24 апреля 2015 г.

Mədəniyyət Sizsiniz.

Xalqlarda 30 nömrəli avtobusa minmişdim, 28 maya gedirdim. Yolun yarısını getmşdik ki, bir də gördüm avtobus da vay şüvən başlayıb. Məsələnin əvvəlində fikirim haralarda olubsa, hiss etdim ki, söhbətə fransızam, yəni səbəbin nə olduğunu başa düşmürəm, amma babat səs küy var. Birinci elə bildim yenə dövlətə, sistemə və ən nəhayyətində nəqliyyat nazirliyinə etiraz edə bilməyənlər, intervalla bağlı sürücünü qaralayıblar, sonra gördüm yo bu səfər başqa məsələdi. Sən demə bir orta yaşlı qadın, oturacaqda oturan cavan bir qızın başının üzərində xeyli dayanmasına baxmayaraq, bu cavan xanım qız o qadına yer verməyib və nəticədə orta yaşlı qadın başlayıb neyi var təhqirlərə, elə bil avtobus bu xalanındı qızda pulu olmadığı üçün avtobusdan nisyə istifadə edən sərnişin. Nəysə bu xala hətta yer tapıb oturmasına baxmayaraq səsküyünü davam etdirdi, çox ağır təhqirlər səsləndirdi, bütün avtobusda qadını sakitləşdirə bilmirdi. Sonra nəhayət bu qadın enəcəyi yerə çatdı və düşüb getdi, başımız dincəldi.

суббота, 28 марта 2015 г.

Seks də daha önəmli "şeylər" var.

Təxminən iki il öncə tez-tez görşdüyüm və sevgi münasibətində olduğum bir xanım vardı. Xanımın heç bir əlilliyi yox idi, hər zaman hara birlikdə getsək, məndən utanırdılar soruşmağa, qızdan soruşurdular ki, oğlan nəyindi? Sevgilindi? ) bu adətən birlikdə geyim falan almağa gedəndə baş verirdi. Satici özünü yaxın hiss edən kimi belə bir sual verirdi, doğrudu hər dəfəsində olmasa da, az sayda da olmurdu.

суббота, 21 марта 2015 г.

Əlilliyi olan şəxsə yardım etmək sürücünün işi deyil?! - VİDEO

Son günlərin ən aktual mövzularından biri də, 65 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücülərindən birinin əlil arabası istifadə edən fiziki məhdudiyyətli şəxsə yardım etməkdən imtina etməsi və səhərsi günü də bu hərəkətinə görə işdən qovulması oldu.

вторник, 3 марта 2015 г.

Sahib olduqların, sənə sahib olarsa!

Onu çox sevirdim, dediyniə görə oda məni, münasibətimiz əla gedirdi, eyni zamanda mən onu itirməkdən çox qorxurdum, onu itirməmək üçün bir çox şeyi gözə almağa hazır idim.

Bir gün onun telefonuna göz gəzdirəndə gördüm ki, bir başqa oğlanla yazışıb. Sms’lərdə açıq aşkar xəyanət görünməsə də, adi sms”ə də bənzəmirdi. Qərara aldım ki, bunu onun özündən soruşum, və ondan soruşanda ki, bu oğlanla yazışmağın səbəbi nədir ? dedi dostumdu, sadəcə təcili kontur lazım idi və sairə. O an üçün mən ona inanmışdım, ama get-gedə onun mənə sadiq biri olmağına şübhə ilə yanaşırdım, Lakin heç cür ondan ayrıla bilmirdim, çünkü mən onu itirməkdən çox qorxurdum, onu itirməyi təsəvvür belə edə bilmirdim. Bu səbəbdən daha sonra bütün əsəb sistemim pozuldu, onun etdiyi qəribə hərəkətlər məni ondan soyudur, onu itirmək qorxum isə ondan ayrılmağıma mane olurdu, məni ondan aslı edirdi.  Artıq tez-tez dalaşır bir neçə gün danışmırdıq, və bir gün mən qərara gəldim ki, ondan ayrılım, düzdü çox çətin oldu, bütün hisslərim qarışmışdı bir birinə, eyni zamanda da əsəb pozğunluğundan əziyyət çəkirdim. Lakin mən bunu başardım və o xanımdan həmişəlik ayrıldım.

четверг, 12 февраля 2015 г.

Fərqli insanlar, fərqli düşüncələr.

İnsanların fərqli baxış bucaqlarının və onların hər birinin fərqli düşüncələrə xsuiyyətlərə sahib olmalarının təbii ki, ilk və ən mühüm səbəbi, onların müxtəlif yaşam şərtləri ilə və müxtəlif mühitlərdə yetişmələri və şəxsiyyət olaraq formalaşmalıdır. Çox ama lap çox az insan var ki, psixoloji və mənəvi olaraq güclü olur, böyüdüyü mühitə, yaşadığı şərtlərə uyğun olaraq deyil də, tamami ilə başqa mühitə və şəraitə xas xsusiyyətlərə sahib olur.
İnsanların qeyri adı və yanlış hesab etdiyi xsusiyyətlər xsusəndə əgər uşaqlıqda və ya yeniyetməlik çağında qazanılıbsa, bu zaman başqa cür olmaq mümkünsüz dərəcədə çətindir.

воскресенье, 18 января 2015 г.

Sosiallaşmağın zibilini çıxaranlar.

Əvvəllər insanların şəxsi həyatı vardı, ama indi əksəriyyətinin şəxsi həyatı yoxdur, əvəzində sosial həyatı var. Lap yaxşı, mən sosiallaşmağa qarşı deyiləm, əksinə o qədər dost tanışım var ki, artıq adları yadda saxlaya bilmirəm. beynimin "yaddaş kartı" dolub diyəsən. Sadəcə mən istənilən birşeyin həddən artıq abartılmasına ifrata varmasına qarşıyam.

пятница, 9 января 2015 г.

Fəqli keçən yeni il.

Təxminən  1-2 həftə öncə yenə yeni il oldu. Həyatımın 25-ci yeni ili idi. Amma görünür ki. bu yeni il mənim xatirəmdən hələ uzun müddət çıxmayacaq. Əslində bayramı ayın 30 u dostlarla yaxşı şəkildə qeyd etmişdim, ona görədə ayın 31 i üçün heç bir planım yox idi. Sadəcə axşam saatlarında getdim əhmədliyə bir iki tanışımla çay içməyə. Onlarda sağolsunlar saat 12 ə yaxın durub getdilər : ) ama mən qaldım. Yüngül bir zədəm olduğu üçün də, başqa yerə getməyə həvəs yox idi.