O hər
zaman ac idi, nə qədər versəmdə doymurdu, hər zaman və hər zaman daha çox istəyirdi.
Yox bəziləri kimi nə bahalı geyimə, nə pula nədə yeməyə, o sevgiyə ac idi, axı
cəmiyyət fahişələri sevmir...
Bəzən
sən isti evində yatağında yatarkən, o pul qarşılığında tanımadığı kişilərlə
yatırdı. O oqədər “fahişə” idi ki, boşanandan sonra övladını çölə atmamışdı, uşağını
həmdə anasız qoymaq istəməmişdi. O həmdə ona görə fahişə idi ki, müraciət
etdiyi 5 iş baş vurusunun 4-də ona
yatmaq təklif olunmuşdu.
Sən elə bilirsən ona asan idi, o kefdə idi hə? Hə elə bilirsən, çünkü onun gözlərindəki kədəri sən görmürdün, mən görürdüm, özüdə hər gün. Mən boğulurdum onun göz yaşlarında, mən silirdim onun göz yaşlarını. Sən isə elə bilirsən o kefdə idi, sən yox çoxu elə bilir. Bir anlıq təsəvvür et ki, özünü pula görə hər gün bir neçə nəfərə satırsan. Tələsmədən təsəvvür et, düşün ki, pinti, baxımsız, yekə qarın biri soyunur və az sonra sənin üstünə çıxacaq, səni şişirmə oyuncaq kimi istədiyi formada qoyacaq və şəhvət hissini sənin üzərində öldürəcək. Təsəvvür belə etmək çətin və iyrəncdir hə ? indidə düşün ki, o bunu həqiqətən edirdi və sən az öncə yaşadığın bir neçə saniəlik hissin yüzlərlə daha artığını və çətinini hər gün yaşayırdı. İndi yenidən cəhd elə düşün ki, o kefdə idi...
O şəhərin
mərkəzində, bəzi məmurların şərait yaradaraq göz yumduğu fahişəxanalardan
birində fahişəlik edirdi. O oqədər “fahişə” idi ki, bunu məndən daha çox gizlədə
bilməmişdi, vicdanı yol verməmişdi başqasından eşidməyimə. Nəhayət bir gün mənə
etiraf etmişdi. Məni aldatmağa davam edəcək qədər vicdansız olmadığını və onun mənə
laiq olmadığını demişdi. Həmən o etiraf gecəsini ömrüm boyu unudmayacam, onun həmən gecə axıtdığı göz yaşı, davam etməkdə
olan 25 il ömrüm boyunca gördüyüm göz yaşlarının toplamından daha çox idi.Çox
gözəl idi, saçları ağlımı başımdan alırdı. O həmdə ac idi, heçnəyə yox sevgiyə,
axı cəmiyyət fahişələri sevmir...
Fahişələr
həzz aldıqları üçün içmirlər, kimliklərini unutmaq üçün içirlər, özlərindən və
düşüncələrindən “Usain Bolt” tək qaçmaq üçün edirlər, oda belə edərdi. Bədənini satdığı
məkanın rəhbəri qadın idi. Ama fahişə adı o qadında deyildi, axı cəmiyyət
yalnız bədənini pul qarşılığında satanı fahişə hesab edir. Ruhu fahişə olanlar,
vicdanı fahişə olanlar, məzlumun haqqını ödəməyənlər, məqsədinə çatana qədər
maskalananlar, başqalarının xoşbəxtliyinə mane olanlar və sairə mənəvi fahişəliklər
edənlər heç zaman bu adı qazanmırlar. Axı “xalqın gözü tərəzidir”...
O
bahalı bakirələrdəndə deyildi, bir dəfədə olsun bahalı restoranlara getmək istəməmişdi
məndən, o bir manatlıq çay verilən kafedə olarkən belə, 5 ulduzlu oteldəki adamdan
daha çox xoşbəxt idi, çünkü heç kəsin ona vermədiyi, xəsislik etdiyi, əsirgədiyi
sevgini tapırdı mənim yanımda. Həmən anlarda onun gözlərində gördüyüm parlaqlığı, işığı, göy
üzündəki heç bir ulduzda hələdə görə bilməmişəm. Münasibətin gedişatında ona qəzəblənərək
daha öncəki ilə barışmışdım, “bundan sonra ya ikinci olacaqsan, yada tamami ilə
ayrılacacağıq” deyə verdiyim qərara belə razı olmuşdu. Bilirsən niyə ? çünkü o sevgiyə ac idi, axı cəmiyyət
fahişələri sevmir...
Fahişələrin
fahişə olmasının səbəbləri müxtəlif olur, çünkü sizin əlinizə tum, içki, cips
alaraq izlədiyiniz filmlərin, real həyat versiyasında baş qəhramanları olurlar
onlar. Amma cəmiyyət problemi olan insanlara sahib çıxmır, hərə yaxasını bir tərəfə
çəkir, yaxın duran bir-iki nəfər isə
onlarla yalnız bir gecəlik yatmağı düşünürlər, etdikləri hər bir yaxşılığın arxasında
öz çirkin məqsədlərini güdürlər. Onlara heç kəs yaxın durmur, zərərli mikrob
kimi baxırlar onlara. Cəmiyyət fahişə olduğunu bildiyi hər kəsi təcrid edir
özündən, sanki onlar dünyanın ən tərbiyyəsiz ən əxlaqsız adamlarıdırlar, oysa nə
çox gördük fiziki bakirə olub mənəvi fahişə olanları! Hər yerdən əli üzülən
qadına kömək etməyən bu cəmiyyət, o fahişəliyə başlayanda kimlə istədi
bölüşdüyü cinsiyyət orqanına darğa kəsilir. Onu təhqir edirlər, alçaldırlar, bədənini
kimlə istədi bölüşməyini qınayırlar, sanki o sahibsiz qaldıqda ona sahib çixmayan
o kəslər deyillər. Ən pisi də onu ac qoyurlar, sevgiyə ac! Axı cəmiyyət fahişələri
sevmir...
Fahişələr
heç kəsdən sevgi görməsələrdə, sevməyi ən azı digər qadınlar kimi çox gözəl
bacarırlar. Onlar hər qadının bacara bilməyəcəyi şeyi bacarırlar, sevilmədən
sevməyi. Ən böyük xəyalları nə bahalı
avtomobil, nə yüksək vəzifə, nədə digər bənzər birşeylər deyil. Ən böyük xəyalları
ailə qurmaq, ailəsinin xanımı olmalarıdır. Bunun üçün çox çalışırlar, hətta gördükləri
işdən uzaqlaşmağı belə qərara aırlar, lakin qarşı tərəf hər fürsətdə onun sadəcə
fahiş olduğunu ona xatırladır və ailə qurmaqdan boyun qaçırır. Yox onları yazıq
yerinə qoymayacam, bu həzzi onların səviyyəsinə çata bilməyənlərə
yaşadmayacam. Çünkü mən bir çox ruhu
fahişə olanlarda görmədiyim mərdliyi, sevgini onda gördüm. İndi səhər saat
5:26-dı, birazdan sən yuxudan oyanıb bunu oxuduğunda, asan pul qazandığını
hesab etdiyin hansısa bir fahişə yenicə yuxuya gedəcək.
Murad Məmmədov |
Комментариев нет :
Отправить комментарий