среда, 11 июня 2014 г.

Küçəyə atılan pullar

Bu yaxınlarda Nabrandan qayıdanda eşitdim ki, yolumuzun üzərində "Beş barmaq" var. Yox bu "vorovskoy" aləmdə istifadə olunan beş barmaq deyil, bu dağın başında
yerləşən beş barmaqdır.
Sürücü orada qısa fasilə verəcəyimizi söylədi. Bu zamanadək adını eşitmişdim özünü görməmişdim. Nə isə, bu dağa baxa-baxa maşınla keçirik məndə dağa baxaraq yavaş-yavaş başım aşağı salıram birdə görürəm yazılıb lülə kabab,  sən demə bu hələ başlanğıcdı.
Maşından düşdük nə görsəm yaxşıdır ? Qardaş kafelər, marketlər, müxtəlif səyyar satıcılar, əlində qarğadalı, qutab və sairə satan kim, bir sözlə dağın ətəyində "5 barmaq moll" yazısı çatışmır.

Siz təsəvvür edirsiz, camahatın bu dağa gedib arzu tutnaları, pul atmaları bir kənara, hələ üstəlik ətəyində az qala ticarət mərkəzidə açıblar.

Sadəcə mən başa düşmürəm ki, insanlarımız necə belə yerlərə gedib pul falan atırlar ? əgər bizim ətrafımızda kasıb, yoxsul, quru çörək yeyən qonşularımız, tanıdıqlarımız olduğu halda, pulu qonşumuza verməyib gedib o boyda yol qəth edərək nəyə xərclənəcəyi bilinməyən bir yerə niyə atırlar ki ?
Mən böyük ehtimal hissi ilə əminəm ki, o dağın ətəyindəki obyektləridə hansısa biznesmen icarəyə verir. Özünüz düşünün də, o dağ orda olmasaydı, kim youn kənarında çöllükdə o qədər obyekt işlədən ?
Böyük ehtimalla elə o dağı "işlədən" adamdı obyektləridə işlədən.

Ola bliər rəvayətlərə görə o dağda müqəddəs hesab edilən kimsə olub və sairə, ama bu indiki vəziyyətə heç bir təsir etmir, indiki vəziyət isə budur ki, o dağda heç kəs yoxdur ora sadəcə sıradan bir dağdır və ora bağışlanan pul və digər nəzirlərin hara getdiyi məlum deyil, əslində təbii ki, məlumdur ama nə isə... Yəni hara xərcləndiyini bilmədən insanlar ora pul atırlar.
Hə marağınız var görmək istəyirsiz ? bu başka məsələ, köhnə bir məkan kimi gedib gəzə bilərsiz, hə mütləq dinlə əlaqələndirmək istəyirsinizsə yenədə çıxış yolu var, orada haçansa kimsə olubsa, ürəyinizdə bir rəhməət oxuyun. Amma da gedib nəsə istəmək pul atmaq...

Mən sadəcə olaraq demək istəyirəm ki, nəsə istəyəndə gedib dağdan-daşdan istəməyin. İnandığınız Allahdan istəyin! Nəsə nəzir edirsinizsə nəyinsə olacağı təqdirdə zəkat çıxaracmaq istəyrsinizsə, baxmayaraq ki, zəkat heç nəsə baş vermədən də çıxarılmalıdır, ama yenədə nəzir edəndə pulunuzu aparıb çölə atmayın, hansısa qutulara, barmaqlıq arasında olan zirzəmilərə atmayın. Aparın məktəbə köhnə paltarlarla gedən uşaqların ailəsinə verin, aparın bayramda pulu olmadığına görə bayram tədbirlərinə qatıla bilməyən uşaqlara verin!!!
Kim deyə bilər ki, o belə birini tanımır? və ya onun tanışı belə bir adamları tanımır ? Kimsə desə bu cəfəngiyat olar. Hər kəsin ətrafında kifayət qədər belə insanlar var.


Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий