понедельник, 9 июня 2014 г.

Mübarizəkar olmaq.

Bu gün kafaedə dostlarımı gözləyərkən baxdm ki, telefonumun enerjisi az qalıb.
Ofisiantdan soruşdum ki, burada yanında rozetka olan masa var ?

Dedi yoxdu, yalnız kassanın yanındadır, yəni sözündən belə çıxdı ki, lazımdırsa ver aparım qoyum. Məndə həmən an teldə yazışdığıma görə bu variant əlverişli olmadı mənim üçün.Üzərindən 10-15 dəqiqə keçdikdən sonra bir başka ofisiantdan soruşdum ki, burada razetka olan masa var? dedi hə, arxada ki masalarda var, məndə axtardım tapdım və keçdim orada oturdum və teli şarja qoyaraq yazışmağa davam etdim.
Bu məsəl bəzilərinə elementar gələ bilər, ama məsələ telefonu şarja qoymağda deyil, hər hansı bir çətinlik yaşayanda, bütün mümkün variantları yoxlamaq və dərhal təslim olmamaqdadır.

Əminəm ki, bir çox insan o vəziyətdə ikinci dəfə bir başqa adamdan soruşmazdı, çünkü çox təəsüf insanların əksəriyyəti dərhal təslim olmağa meyillidirlər, lakin belə olmaq lazım deyil. İkinci dəfə bir başqa şəxsdən soruşmaq məndən heçnə almır, ama mən bütün mümkün variantları sınayıb sonra təslim olmalıyam, hətta diyərdim ki, o zaman belə təslim olmamalıyam. Hətta bəzən görsəniz ki, vəziyətdən çıxış üçün heç bir seçim yoxdur, oturub özünüz bir seçim yəni çıxış yolu yaratmalısınız.

Həyat da bunu sevir, mübarizəkar olmağı, dərhal təslim olamamağı, bütün mümkün çıxış yollarını sınaqdan keçirməyi. Nəyisə edərkən ən adi məsələlərdə belə, "olmur" "alınmır" kimi ifadələri bütün çıxış yollarını dənədikdən sonra deyin, bu zaman fiki verəcəksiniz ki, heç bu ifadələri istifadə etmirsiniz. Bilirsiz niyə ? çünkü çox şey əziyyət və mübarizədən və qeyd etdiyim kimi bütün variantları yoxladıqdan sonra mümkün olur. Reallaşması sizdən aslı olan mümkünsüz heçnə yoxdur!


Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий