понедельник, 14 июля 2014 г.

Qadın sərhədsiz gücə sahib omaq üçün ən effektli motivasiadır.

Kişinin yaradıcılıq qabiliyətini artırmaq üçün, mütləq şəkildə ürəyincə olan bir
qadına sahib olması gərəkdir. Hər nə qədər güclü olsan belə, sevdiyin qadın sənin o gücünü iki qat artıracaqdır. Kişinin bütöv şəkildə tamamlanması üçün sevdiyi bir qadın olmalıdır.

Hətta dünyanı xilas edəcək gücə sahib olsan belə, ürəyincə olan qadın sənin ikinci bir dünya yaratmana səbəb olar. Yaşayıb yaratmaq üçün, qadın qədər güclü ikinci bir motivasia mövcud deyil.

Bəziləri bunu etiraf etməz, "mən onsuzda güclüyəm, ehtiyacım yoxdur belə birisinə" söylüyərlər. Bu cür fikirdə olan şəxslərə sual verərəm ki, Sən baş nazir olsan, Prezident olmaq istəməzsənmi ? və təbii ki bu sualın "hə" cavabından başka bir cavabı yoxdur və qadında gücün ən pik nöqtəsinə sahib olmaq üçün və pik nöqtəsinə çatdıqda belə yeni hədəflər kəşf edəcək motivasia qüvvəsinə sahibdir.



Murad Məmmədov


Комментариев нет :

Отправить комментарий