вторник, 7 октября 2014 г.

Əlilliyi olan insanlara aşırı diqqət və qayğı yanlışdır.


Xarici ölkələrdən birində olarkən, otelin aşağı mərtəbəsinə endim və uçuş saatımı dəqiqləşdirmək üçün səyahətimlə məşğul olan travel şirkətinin məlumat masasına yaxınlaşdım.

Məndən öndə 40-50 yaşlarında olan bir qadın vardı, bir müddət qadının məsələsinin həll olunmasını gözlədikdən sonra, gördüm işi uzanır, şirkət nümayəndəsinə dedim ki, olar bir sual verim və gedim, işim çox qısadır. Şirkət rəsmisi etiraz etməsədə, gördüm arvad ingilis dilində nəsə aqressiv şəkildə danışdı. İşçidən soruşanda ki, qadın nə deyir ? dedi ki, qadın deyir manim növbəmə daxil olmasın tələsirəm. Bu məsələ mənim həm xoşuma gəlmişdi həmdə acığıma :)

Xoşuma gəlmişdi ona görə ki, qadın əlilliyi olan insanla olmayan insan arasında gərəksiz bir yerdə fərq qoymur, yəni özü ilə bərabər hüquqlu biri hesab edir, nə aşağı nədə yuxarı.
Xoşma gəlməmişdi ona görə ki, əlillik mövzusu bir kənara, əgər istənilən şəxs sadəcə bir söz soruşub gedəcəksə anlayışla qarşılayıb cəmi birneçə saniəlik gözləmək olar, çünkü təyyarəyə gecikən şəxs üçün bu çox pis durumdu, əlilliyi oldu olmadı :)

O gün isə xalqlar metrosundayam, bilirdim keçid kartımda balans yoxdur, bu səbəbdən bir başa kassir xalaya yaxınlaşdım ki, manat xırdalayım, mən yaxınaşdığım zaman arxadan bir nəfər qışqırdı ki, "Gəl burdan keeeç" Bildim ki metro işçilərindəndir və deyir ki, gəl işçilər istifadə edən keçid dən keç pul ödəmə. Əlimi qaldırdım cüzdanımı göstərdim ki, kartım var sağol, nəysə kassanın boşalmasını gözlədim və xalaya yaxınlaşdım bu yenə qışqırdı ki, gəl keç, bu səfər daha yüksək səslə söylədim ki kartım var narahat olma. pulu xırdalayana kimi bu birdə qışqırmazmı ? :) təmiz əsəbləşdim, metrodu istənilən səs exo ilə və möhkəm çıxır, niyə camahatın diqqəti mənə yönəlməlidir ? əsəbləşdim çöndüm arxaya oğlana dirəm nə qışqırırsan ?! bu səfər əksi oldu bəziləri çönüb oğlana baxdı :)) tutuldu, diyir deyirəm ki gəl burdan keçdə, cavab olaraq bildirdim ki, məndə sənə neçə dəfə dedim ki, kartım var ehtiyac yoxdur. başa düşmürsən ? :)

Bu kimi hadisələrlə hər dəfə rastlaşmasam da, bəzən olur. Bütün bunların səbəbini bilmək dərin analiz tələb etmir, səbəb məlumdur: Azərbaycan əhalisinin böyük bir hissəsi, mən deyərdim 90%i Əlilliyə və əlilliyi olan insanlara sosial modeldən (yanaşmadan) deyil də, tibbi modeldən (yanaşmadan) yanaşır. Və ümumiyyətlə əksər insanlar sosial modeldən, yəni əlilliyi olan insanlara sosial yanaşmadan xəbərsizdilər, elə bu məqaləni oxuyan əksəriyyət kimi, ama bu normaldır :) çünkü ölkədə və xsusəndə ölkəmizdə olan təhsil ocaqlarında nəinki əlillik mövzusunda, ümumiyyətlə insan fərqliliyi haqda (insanların müxtəlif sosial statuslara: dini, irqi, seksual orientasia) və sairə statuslara malik  olmaları haqda heç bir məlumat verilmir, sosial kompaniyalar yox dərəcəsindədir və sairə.

Nədir sosial və tibbi yanaşmanın fərqi?

Tibbi yanaşma: Əlilliyi olan şəxs ona gör əlildir ki, onun hər hansısa bir fiziki məhtudiyəti var, o  xəstədir, hər zaman hər yerdə diqqətə, qayğıya, ehtiyacı var. Heç nəyi tək özü edə bilməz, hər sahədə fərqlidir fərqləndirmək lazımdır və sairə yanlış düşüncələr toplusudur tibbi model. Bu model keçmiş nəsillərdən bizə ötürülüb yəni ən-ənəvi yanaşmadır və bu yanaşma əlilliyi olan insanların cəmiyyətə sosial inteqrasiyasına mane olan böyük baryerlərdən biridir. Cəmiyyətinin güclü sosial inkişaf etmiş ölkələrdə bu yanaşa demək olar ki yox dərəcəsindədir.

Sosial model: Əlilliyi olan şəxs ona görə əlildir ki, ətraf mühit "müyəssər" yəni əl verişli deyil. Onun nəyisə özü tək etməsi üçün gərəkən şərait hər kəsi nəzərə alınaraq yaradılmayıb. Əlillik sadəcə insan müxtəlifliyinin bir formasıdır. Əlillik xəstəlik deyil də, sadəcə hər hansısa bir xəstəlik nəticəsində yaranmış bir haldır,  (və ya hansısa bir zədə nəticəsində) və xsusəndə fiziki əlilliyin baş verməsinə səbəb olan xəstəliklərin bir çoxu ömür boyu davam etmir, bir müddət olur sonra bitir və hər hansısa bir iz (hal) buraxır. Yəni ömür boyu xəstədir diqqətə və qayğıya ehtiyacı var anlamına gəlmir (əgər əlilliyin kateqoriyası bunu tələb etmirsə)

Bu və digər, insanı digər insanlardan fərqləndirməyən və bərabər hüquqlu hesab edən düşüncələrə sosial yanaşma deyilir.

Düzdü fərd olaraq bu insandan aslıdır, yəni elə insan var ki, heç əlilliyi yoxdur ama aşiri diqqəti və qayğını çox sevir, bu xsusiyyət hansısa bir əlilliyi olan insanda da ola bilər, ama bu o demək deyil ki, tanımadan etmədən bütün əlilliyi olan insanlara aşiri qayğı və diqqət göstərmək lazımdı, xeyir bu çox kobud düşüncədir, bunun əvəzinə nəsə etmək istəməzdən öncə ən azı soruşmaq lazımdır, və ya ən sadəsi görünürsə ki bir insan nəyisə özü edir deməli ki onun nəsə əlavə bir şeyə ehtiyacı yoxdur  :)

Məqaləni sona qədər oxuyanlardan varsa, çalışın bu yazını paylaşın ki, cəmiyyətimiz mariflənsin.
Hər kəs üçün bərabər hüquqlu ölkə və cəmiyyət arzuları ilə ♥ )

Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий