понедельник, 6 октября 2014 г.

Düşüncə insana verilmiş ən böyük cəzadır.

Deyəsən Tanrı mənimdə bəlamı dərindən düşünmək qabiliyyətinə sahib olmaqla verib.
Bilirəm indi bir çoxlarınız ürəyində deyir ki, "aa dəlidir", "dediyi sözə bax", "gör nə yaxşı qabiliyyətdi", naşükürlük etmə falan filan.

Ama bu asan deyil axı, dərindən düşünmək özüdə hər kəsi və hər şeyi...
Bəzən əyləndiyin zaman belə, ətrafda hər şey donur və
sanki cəhənnəm əzabı başlayır.

Mağazada siqaret alarkən, səndən yaşca böyük saçı saqqalı ağarmış birinin sənin aldığın siqaretdən daha ucuzunu almasını görmək kimi.

Bilirəm deyəcəksiz zamanında daha yaxşı şərait qurardı, nə bilim həyatdı hər kəsən eyni ola bilməz, və və və... ama bunlardan mənə nə ? bunu mənim düşüncə qabiliyətimə yeritmək olmur axı,
o artıq o kişini gördüyü zaman mənə təyziq edir, mənə utan deyir, "bu necə həyatdır ? illərlə səndən daha çox əziyyət çəkmiş ağ saqqal niyə səndən daha ucuzunu almalıdır, hanı ədalət?" deyir. Görür bu haqda düşündüm, sonrada mənə deyir "Elə iş burasındadır ki, səndən on illərlə daha çox yaşasada, heç sənin çəkdiyin əziyyətin yarısı qədər əziyyət çəkməyib" kimi düşüncələri fikirləşməyimi əmri edir. Və o qədər fikirlərə qərq olursan ki, birdə baxırsan qapının önündəsən evə çatmısan, ama lənətə gəlmiş bu düşüncələr səbəbi ilə evə necə gəldiyinin və ətrafda baş verən heçnəyin fərqinə belə varmamısan.

Çox çətindir dərindən düşünə bilmək çooox.
Kiminsə nəsə etmək istədiyini, ama edə bilmədiyini.
Saf məsum görünüş amma  o məsumluq arxasında  əxlaqsız niyyətləri...
Fahişəlik edən qadının gözlərindəki, "mən bunu etmək istəmirəm, biri əlini uzadıb məni bu çirkabdan qurtarsın" hayqıran məsum baxışları...
Psixalogiyasının zəif və həssas olması səbəbi ilə  yaşadığı xırda bir problem nəticəsində və o problemi yaşadığı zamanlarda onun yanında ona dəstək olacaq kimsənin olmadığı üçün həyatının 99%i istəmədiyi istiqamətdə dəyişənləri...
İllərlə beyninə yeridildiyi üçün o beyninə yeridilən işləri gördüyü zaman, hətta kənardan xoşbəxt olduğu görünsə belə, ama daxilində, ürəyində tamami ilə başka bir hisslərdə, mövzularda, istəklərdə, cöcərmədən qurudulub məhv edilən istək toxumlarını görmək, düşünmək, çox əzab verici birşeydir.

Ətrafda gördüyün hər kəsin niyə nə cür olmasını düşünmək, analız etmək, normal olmayan birşeylər aşkarladıqda, ona demədən belə çıxış yoları axtarmaq, çıxış yolu tapdıqda onunla elə bir səmimi münasibətin olmadığı üçün analizlərinində çıxış yollarınında elə öz ürəyində qalması və ona yardım edə bilməmək üzüntüsü.

Olğun yaşa çatmasına baxmayaraq son dərəcə absurd və axmaq fikirlər irəli sürən. Yəni ən elementarı, hansısa bir məsələ haqda məlumat toplamadan araşdırmadan  və araşdırmaq istəmədən o mövzu haqda axmaqcasına fikirlər irəli sürən və bu fikirləri heçnə bilmədən görmədən müdafiə edən insanların dünyaya gəlməsinə Tanrının razılıq verdiyi zaman, Tanrının hansı prinsiplərə əsaslanaraq razılıq verməsi haqda düşünmək...

Dərin düşünmək gördüyün şeylərin həqiqətinə varmaq baxımından faydalı olsa da,  gününün istənilən vaxtında ətrafdakı hər şeyi dondurub sənin fikirivi gərək olmadığı halda hansısa bir mövzuya yönəldərək insanı yorub əziyyət verən bir xsusiyyətdir.

Məsələn məqaləni yazıb bitirdiyin zaman, məqaləni yazmağa başlayarkən, facebook da ki, həmsöhbətinə, "məqalə təbi gəldi, yəqin bir saata yazıb bitirərəm, təxminən bir saata qayıdaram" deməyimə rəğmən məqaləni yazıb bitirdiyin zaman 2 saat davam etdiyini və sənin kiməsə bir saat yanlış ehtimal verdiyini düşünmək kimi :)


Çalışın hər zaman dərindən düşünməyin, zaman-zaman üzərindən keçməyidə bacarın, yoxsa işiniz mənim kimi qəliz olar :)

Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий