суббота, 11 октября 2014 г.

Toy gecəsinə gedən uzun incə bir yol :)

"Həri" Nişan, Xınayaxdı, Toy... Yəni həqiqətənmi bu qədər uzun bir prosesin baş verməsi mütləqdir ? məncə qəti şəkildə xeyir.

Bunların içindən ən məntiqsizlərini tən-tənə ilə keçirilən nişanı və istənilən formada olan xınayaxdını hesab edirəm.

Qardaş əgər ki, iki şəxs ailə qurmaq istiyir daha "həri" nədir ?
Hər halda qız oğlanın ailəsinə, oğlanda həmçinin öz ailəsinə qız haqda məlumat verib, daha valideinlərin icazəsi nədir ?
Beyəm pertnoru ailə üzvləri üçün alırlar yoxsa özləri üçün ?


Yoxsa mütləq şəkildə qızın atası baxmalıdır ki, oğlanın anası və ya atası nə rəngdə ayaqqabı geyinir sonra razılıq verməlidirlər ?
Yəni nədir bu həri tədbirinin məntiqi, sonda da bir ağır ağır "verdim getdi" deyirlər. elə bil qonşuya kartoşka verir, axı bir insanın talehini necə başka bir insan həll edə bilər ? özüdə bu cür ciddi bir məsələdə.

Yəni övlad bu qədər qul kölədirmi ki, onun hətta bu cür önəmli qərar verməsi öz istəyi ilə ola bilməz ? mən dimirəm e ailələr bir birini tanımasın, tanısın. Ama durub bunun adını "həri" nə bilim "icazə" qoymaq yanlış düşüncədir. Münasibətə başlanan gündən valideinlər görsələr ki qarşı tərəfin ailəsində fövqalədə bir anormallıq yoxdur, əlavə bir "həri" məclisinə ehtiyac olmaz, anormallıq görsələr elə ilk başdan etiraz edərlər. "həri yə qədər" narazı olmayan ailə həri günüsü nəyi daha dəqiqləşdirəcək ki ?

Ondansa cütlüklərə bir-birini tanıma şansı müddəti verilməlidir, əgər ki, bir birlərinə laiq, uyğun, və sairə deyillərsə özləri mütləq bunun fərqinə varacaqlar. Yox əgər bunun fərqinə varmayacaq qədər ağılsız və intilektsizdirlərsə, onda bağışlıyında məni, bunda elə bir başa günahkar sizsiniz ki, övladı elə yetişdirmisiniz ki, heç kiminsə ona yar ola bilib bilməyəcəyini belə aid edə bilmirlər.

Övladlar bir birini tanıyıb ailələrini də bir birilərini tanıdıqları müddət də zaman-zaaman tanış etdikdən sonra, elə bidənə ailələr arasında yığcam bir yığıncaq təşkil edilib  üzüklərdə taxılsa, bir müddət sonra da, yenədə yaxın adamlardan ibarət bir toy məclisi olunsa əla olar. Daha durub ayrı-ayrı həri,nişan və sairələrə gərək olmaz.

Xınayaxdı haqda ümumiyyətlə nəsə yazmağa əlim gəlmir e. Çünkü hələdə onun mənasını mən anlamamışam və düşünürəm ki, bu məclisi keçirən şəxslər özləridə anlamırlar, sadəcə haçansa kimsə bir mənasız məclis keçirib adını xınayaxdı qoyub, indi hamı da onu mənasını bilmədən davam etdirir.  Bildiyim qədəri ilə, yəni keçmiş nəsil nümayyəndələrin ifadələrindən belə anlamaq olar ki, xına sevinc hissini bildirən bis simvolikadır. Yaxşı bəs "uraa ərə gedirəm" düşüncəsi ilə xınayaxmaq ayıb deyil ? yəni bu qədər arzulayırdın ? )

Heç kəs məndən inciməsin e, kim edibsə şəxsi işidir, xoşuna gəlir eləsin, hörmətlə yanaşıram, heç kimin digər bir şəxsin şəxsi seçimlərinə müdaxilə etmək haqqı yoxdur, yəni burda konkret olaraq kiməsə bunu etmə dimirəəm, sadəcə bu məsələlərə öz baxışımı bildirirəm.

Yəni iki şəxsin xoşbəxt olması qətiyyən bu adətlərdən aslı deyil, Xsusəndə indiki zəmanədə, külli miqdarda borca xərcə girərək bunları etmək. Ondansa ailələr övladlarını uşaqlıqdan pislə yaxşını aid etmək kimi bacarıqlar aşılasınlar ki, onlar da yetkinlik yaşına çatdıqda nəyi niyə istədiklərini bilsinlər.

Yazını bitirənə yaxın toydan sonra "həftə hamamı" adlı bir adətimizində olduğu yadıma düşdü, ama başınızı çox ağrıtmayıb sözümü burda bitirmək istəyirəm :)

Murad Məmmədov

1 комментарий :

  1. yazini beyendim esasende kartof sohbetini.etrafimda kimse
    qizi aldim ve ya qizi verdim deyende deyirem neceye satdin
    kartoffu??))) hele siz bashliq sohbetinden yazmamisiz.o tam
    dushur pulu alir qizi 1mal kimi satirlar.heri nishan xina toy
    kimin imkani var yuksek seviyyede elesin yox eger bunlarida
    gesib kulli miqdarda borca dushub etmeydense evinde kiciq
    qonaqliq ele uzuy taxsin gencler qalan bish sheylere pul
    xerclemeydense qizinin cehizini yig toyunu et. tay
    fikirleshmeki oglan evi bashliq verecey mnde cehiz
    alacam )))...I sanlarin dushuncesi deyishmeyecey 5 man
    olsada ozunu dagidib 50.000minlik xerc qoyacaq sonrada
    aglayacaqkki filankese borcluyam behmankese borcluyam.ay
    bezi geri kafali insanlar ozunuzu kimese gostermeycun yox
    ozunuzcun yashayin.

    ОтветитьУдалить