суббота, 20 сентября 2014 г.

Özünüzü qiymətləndirməyi bacarın.

Sahib olduğunuz bilgi və təcrübə sayəsində özünüzə hansısa adı verməkdən çəkinməyin.

Dahilərin heç birinin dahi adı qazanmalarına səbəb üç qulağları və ya beş ayaqları səbəb olmayıb, ən azından belə bir dahi olmayıb.

Bütün dahilərə bu ad onların fikirlərinə və düşüncə tərzlərinə
görə verilib və həmçinin heç bir ən uğurlu radio aparıcılarınıa da bu "peşəkar radio aparıcısı" adı da hündür boy və enni kürək olması səbəb olmayıb, gözəl danışıq tərzi və çıxış etmə bacarığı səbəb olub.

Hər hansısa sahədə kifayət qədər biliyiniz və təcrübəniz varsa özünüzə o sahəyə uyğun ad verin. Çəkinməyin özünüzü təqdim etməkdən, siz də digər öz sahələrində məhşur olan şəxslərin sahib olduqları hər şeyə sahibsiniz və özünüzü o sahə üzrə inkişaf elətdirirsinizsə, deməli sizdə ən azı o məhşur şəxsdən geri qalmırsınız. Yazarlıq qabiliyyətiniz varsa, özünüzə yazar adı verə bilərsiniz. Sizə yaxın olmayan insanlara sizin düşüncə tərziniz fəlsəfəniz maraqlı gəlirsə, siz niyədə filosof olmayasınız ?
Özünüz üçün online radio açmış və 5 nəfər də olsa sizi dinləyirsə, niyədə özünüzə radio aparıcısı söyləməyəsiniz ?

Təbii ki, burada o sahə üzrə kifayət qədər bilgi toplamaq və müyyən qədər belə olsa təcrübəyə sahib olmanız şərtdir, lakin bunun üçün dünyaca məhşur bir qurumda o sahə üzrə çalışmanız şərt deyil.
Çünkü siz artıq o sahə üzrə kifayət qədər biliyə sahibsinizsə, özünüzə ad vermək üçün o bilgiləri öyrədən hər hansı bir ali təhsil ocağını bitirməyinizə gərək yoxdur, Zatən o təhsil ocağıda sizə başka yerdən öyrəndiyiniz o bilgilərdən başka heçnə verməyəcək. Hansısa kağız parçasında o adı qazanıb daha artıq biliyə sahib olmayaraq fəaliyət göstərməklə yanaşı, orada alacağınız bilgilərdən daha çoxunu özünüz internetdən və ya digər yerlərdən öyrənib özünüzü peşəkarlaşdırıb o adı qazanmanız da mümkündür. Tamam haradasa fəaliyət göstərmək üçün sizdən o kağız parçasını tələb edirlərsə çalışın alın, ama yoxdursa da, siz o sahə üzrə peşəkar ola bilməzsiniz deyə bir qayda yoxdur, siz istəsəniz hər şey ola bilərsiniz, bunun üçün kifayət qədər əlverişli şəraitdə var.


Çalışın özünüzə güvənin və bir daha unutmayın ki, istənilən sahə üzrə seçilən şəxsiyyətlər sizdən fərqli olmayıb və sizdə onların sahib olduqlarına bəlkədə daha artığına sahibsiniz.

Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий