воскресенье, 14 сентября 2014 г.

Gənclərin psixalogiyasını korlayan məntiqsiz insanlar.

Son zamanlar məndə əhvalımı yüksəldən bir vərdiş yaranıb, kiminləsə 1-2 saniyədən çox göz-gözə gəlirəmsə ona gülümsəyirəm və əksər hallarda qarşı tərəfdə buna eyni qarşılıq verir və beləcə bir-birimizə təbəssüm hədiyyə etmiş oluruq. O gün də belə oldu, şəhərin mərkəzində skamyada oturmuşdum, bir xanımla qarşılıqlı təbəssümdən sonra yanımda əyləşmək üçün icazə istədi.

Əlbətdə olar dedim, əyləşdi. Əlindəki telefonla şəkil çəkirdi, elə bildim selfie çəkir dedim istiyirsiz verin şəkilinizi çəkim,  hə olar dedi və məndə çəkdim, düzdü sonradan anladım ki,  sən demə xanım heç özünü çəkmirdi, ətrafdakı insanları çəkirmiş, məndə dəxilsiz təklif etmişəm :)

İnsanları yaxşı tanıma xüsusiyyətimin olduğunu söyləyəndə, "maraqlıdır, sizcə mən necə biriyəm?" söylədiyində anladım ki, öz güvənin az olmasından qaynaqlanır bu sual, çünkü insan özünə güvənəndə ətrafdakı insanların qiymətləndirməsinə çoxda ehtiyac duymur.
Beləliklə xanımın öz güvəninin az olması və əksər hallarda özü özüylə gərginlik yaşadığı bəlli idi,

Söhbət əsnasında gəldik əsas məsələyə. Bir çoxları üçün çox təəcüblü gələn ama çox şey görmüş və yaşamış olduğum səbəbi ilə mənim üçün heçdə təəcüblü olmayan  məsələyə.
Xanım qeyd edəndə ki, insanlara yaxşılıq etməyi çox sevməsinə baxmayaraq, bəzən insanlara zərrə qədər belə yaxşılıq etmək istəmir, dedim ki, bəzi pis xasiyətli insanlara görə belə düşüncələr yaranır sizdə, kimdənsə pislik görüb o pisliyin təsirinə düşərək digər insanlara olan münasibətiniz dəyişir dedim və o:

Hə, üç il öncə zəhərlənmişdim, atam məni avtomobil ilə xəstəxanaya aparırdı, yolda qəza baş verdi, atam vəfat etdi və atamın vəfat etməsində bibilərim məni günahlandırırlar. Onlar deyirlər ki, atan sənə görə öldü, səni xəstəxanaya aparanda, günahkar sənsən, sənə görə o yolu gedirdi.
Gözümün onundə qardaşımı qucaqlayırlar əzizləyirlər, ama mənə yaxın durmurlar, çünkü atamın vəfatında günahkar məni hesab edirlər.

Mən: və bəzən bunu sənin beyninə o qədər çox yeridirlər ki, az qala səndə belə düşünməyə başlayırsan hə ?
O: hə...
Xanıma şəxsi təcrübəmdə yaşanmış xeyli məsləhətlər veridm və bir tanışım mənə yaxınlaşdı, xanım sağollaşıb oradan ayrıldı.

Bənzər hadisələr çoxdur və iki diqqət yetirməli olduğunuz vacib məqam var.
Birinci məqam odur ki, Keçmiş nəsil, yəni valideinlərimizin, valideinlərimizin valideinləri və sairə dövrün insanları hadisələri dramatikləşdirməyi, hadisələrə don geyindirməyi sevirlər, böyüklərimizdir sayğı duyuruq, lakin bu faktdir. Keçmiş nəsil çox higgəlidir, çox qəzəblidir və qeyd etdiyim kimi hər şeyi şişirdib dramatikləşdirməyi sevirlər, bunu belədə bilin,  bənzər hadisələr olanda məntiqlə yanaşın. Qətiyyən özünüzü günahlandırmayın.

Qonşunun övladı zəhərləndi, sənin məntiqincə qonşu nə etməlidir ? təbii ki, onu xəstəxanaya aparmalıdır. Sənində valideinin bu cür edir və qəza baş verirsə, burada kiminsə iddiası sənin üçün önəmsiz olmalıdır, çünkü sənin valideinin ən məntiqlisini edib. Hər bir məsələyə məntiqlə yanaşın, məntiq olmayan yerdə cəfəngiyyat, yalan, axmaqlıq baş qaldırır.
Əstafrullah Tanrı belə buludların arasından çıxıb sənə nəsə desə, ilk öncə məntiqinlə ölç, məntiqlidirsə yerinə yetir. Siz məniqtə üstünlük verdikcə ətrafda söylənilən yalan dolu sözlər sizin əhvalınıza, psixalogiyanıza təsir gücünü itirəcək, çünkü sizin məntiqdən ibarət meyarlarınız olacaq, bu məntiq meyarlarına uyğun gəlməyən fikirlər, uydurmalar, sizə təsir edə bilməyəcək.

İkinci məsələ, kimsə sizə şər böhbatn atanda, bunu udmayın, fikirinizi bildirin, kimsə sizə məntiqdən kənar birşey söylüyürsə, bunun elə olmadığını qeyd edin, bu səsəbi daxilinizdə boğub kinə çevirməyin.  Həmən adamın üzünə söylüyün onun bütün səhv düşüncələrini, rahatlayın!

Aqressiv və cəmiyyət üçün təhlükəli biri olmaq istəmirsinizsə, ətrafda baş verənlərə fikirinizi bildirin, mənfi və müsbət, fərq etməz.
Sizi narahat edən hər bir şeyə münasibətinizi bildirin, bildirin ki içinizdə daha böyük aqressiya yaranmasın və bu aqressiya daha sonra dəxilsiz yerlərdə və heçdə narahat doğurmayacaq məqamlarda partlamasın. Sizi narahat edən məsələlərə münasibət bildirmədikcə, əsəbinizi içinizdə boğduqca, emossialarınızı aşkara çıxarmayıb daxilinizdə saxladıqca, onlar birləşir toplanır böyük bir aqressiaya əsəbə səbəbə olur və siz hər an partlayacaq bir canlı bombaya çevrilirsiniz.

Sizin bildirəcəyiniz fikir kiminsə xoşuna gəlməyə bilər, siz münasibətinizi bildirdikdən sonra o məsələ qaydasına düşməyədə bilər bu normaldır, əsas siz fikirinizi bildirin, içinizdə saxlamayın. Nəsə düzəlsədə-düzəlməsədə, bu kiminsə xoşuna gəlsədə-gəlməsədə. Siz ətrafda baş verənlərə və təbii ki bu sizi narahat edirsə mütləq münasibətinizi bildirin. Ama unutmayın bu məsələnin sizinlə əlaqəsi varsa, əks halda bu kiminsə şəxi həyatına müdaxilə hesab olunur.

Hər kəsə əsəb, kədər və mövzuda olduğu kimi məntiqsiz iddialardan uzaq olmaq arzusu ilə ♥

Facebookda İzlə.


Murad Məmmədov



Комментариев нет :

Отправить комментарий