вторник, 23 сентября 2014 г.

Siz qoyun deyilsiz!

Səbəbi olmadan universitetə getmə. Səbəbi olmadan işləmə. Səbəbi olmadan kitab oxuma, səbəbi olmadan rəqsə getmə, şahmat klubuna getmə, yasa getmə, toya getmə. Səbəbsiz heçnə etmə. Etdiyin hər birşeyin sənin üçün hər hansı bir əhəmiyət kəsb edən səbəbi olmalıdır, etdiyin hər birşey sənin şəxsi istəyin olduğu üçün baş verməlidir. Yalnız öz məntiq çərçivənə uyğun olan işləri görməlisən.

Hər kəs bir işlə məşğuldu deyə, məndə bir işlə məşğul olum düşüncəsindən uzaq ol. Unutma, sürü halında hərəkət etmək qoyunlara  məxsusdur. Fikirlərin fərqlidirsə "sürüyə" görə o fikirlərindən vazgeçmə, qəlbini ölmüş arzu və istəklər qəbirsanlığına çevirmə. Niyə görə sən özün olmamalısan hə ? niyə görə özün üçün yox başqası üçün yaşamalısan ? Axı kimsə sənə görə yaşamır, sən nə üçün kimlərəsə görə yaşayasan ? Bu sualı verdim və maraqlı bir hekayə yadıma düşdü.

- Qoca bir kişi isti havada nəvəsi və eşşəyi ilə birlikdə yol gedirlər.
Qoca nəvəsini eşşəyin belində otuzdurur və özü piyada yanlarında gedir. Biraz getdikdən sonra yanından keçən şəxslərdən belə bir söz eşidir: "Buna bax cavan uşaqdı, oturub eşşəyin belində ama qoca kişi piyada gedir" Bunu eşidən nəvə babasına diyir ki, gəl birazda sən eşşəkdə get mən piyada, baba razılaşır. Birazda getdikdən sonra  növbəti səsləri eşidirlər: "Siz bir buna baxın, yekə kişidi oturub eşşəyin belində, ama balaca uşaq bu istidə piyada bunları dartır arxasınca. Bunu eşidən qoca nəvəsinə söylüyür ki, bala gəl ikimizdə piyada gedək eşşəkdə biraz yüngülləşsin dincəlsin. Birazda hər ikisi ayaqla getdikdən sonra növbəti səsi eşidirlər: "Bu axmaqlara bax, bu cür istidə eşşəyiın belində getməkdən yanlarında gəzdirirlər.

Yəni sizin anlayacağınız, ətrafınız onsuzda hər zaman danışır, sizi müzakirə edir, hər bir davranışınızı, yəni fərq etməz sizdə onlar kimisiniz ya yox, onlar sizin haqda danışmağa birşey tapacaqlar. Ona görə də, onlar istədiyi kimi yox, öz istədiyiniz kimi yaşayın. Bu həyat sizə bir dəfə verilib və qocalandan sonra etdikəriniz üçün deyil, etmədikləriniz üçün heyfslənəcəksiniz, lakin gec olacaq. Bu səbəbdən, başqasının hüquqlarını pozmayan şəxsi istəklərinizi ürəyinizdə saxlamayın, mütləq reallaşdırın.

Heç vaxtı kimdənsə fərqlənməmək üçün, çoxluqdan fərqlənməmək üçün hansısa işlə məşğul olmayın. Hər kəs iPhone işlədir deyə iPhone almayın, əgər siz iPhoneniz olmadığı zaman kiminsə ürəyində “buna bax, telefonu iPhone deyil, daha ucuzludur” deyəcəyini düşünürsünüzsə, İphone aldığınız zaman da “Bu qədər probleminin içində, gedib bahalı telefon alır, nə olub nə məcburdu?” deyə haqqınızda düşünəcəklər, gördüyünüz kimi hər iki halda insanlar sizin haqda hey düşünür, buna görədə hansı telefon rahatdırsa, hansı sizin üçün bütün istəklərinizi görürsə onunla kifayətlənin, dəblə ayaqlaşmaq mütləq deyil . Siz robot deyilsiniz ki, xsusi proqramlaşdırma ilə yaşayasınız, siz bir insansınız və sizin fərdi istəkləriniz "proqramınız" olmalıdır. Başqasının hüququnu pozmayan bütün istək və seçimləriniz sizin haqqınızdır.

Müəllifi facebookda izə.

Murad Məmmədov


Комментариев нет :

Отправить комментарий