İnsanlar özləri ilə baş-başa qalmaqdan o qədər qorxur və uzaqdırlar ki, Kimsə yalnız qalmaq istəyəndə o insana çox qəribə yanaşırlar. Düşünürlər ki, başı xərəb olur diyəsən. Oysa insan mütləq şəkildə mütamadi olaraq tez-tez özü ilə baş-başa qalmalı daxilindəki mənliyi ilə söhbət etməlidir.
Öz mənliyinlə tək qala bilməmək çox ciddi problemdir. Əgər sənin həll edə bilmədiyin məsələlər varsa, problemlərin varsa və əlavə olaraq da özünlə tək qala bilmirsənsə bu iki qat problemdir. Lakin hər hansı bir problemi həll etmək ondan yaxa qurtarmaq üçün, mütləq onun üzərinə getmək, kökünə varmaq lazımdır ki, o problemi həll edə biləsən və o daha səni qorxutmasın.
Mövcud çətinliklərdən nə qədər qaçsan, bir o qədər o çətinliklərlə birgə yaşamalı olacaqsan və o səni daima təqib edəcək. Ondan yaxa qurtarmaq üçün o məsələnin kökünə get çıx, üzərinə-üzərinə get, bu zaman həqiqətləri aşkarlayacaqsan və həll yolları parlayacaq.
Özünüzlə tez-tez baş başa qalın, çəkinməyin ürəyinizdən keçsə daxilinizlə səsli şəkildə söhbət edin, daxilinizdəki mənlik mütləq sizə cavab verəcək, bunu özünüzə sual verərkən, düşünərkən daxildə yaşayacağınız hisslər bildirəcək.
Özünüzlə baş-başa qalarkən, dialoqa başlayarkən tələsməyin, dünya və insanlar heç yana qaçmır, dialoqunuzu bitirdikdən sonra tam sürətlə davam edərsiniz hər şeyə.
Tələsmədən söhbət edin, icazə verin daxilinizdəki mənliyiniz rahat fikirləşsin və sizə dolğun cavablar versin. Bu zaman siz uzun zamandır tam olaraq dəqiqləşdirib qərar verə bilmədiyiniz məsələlərdə qərar verə biləcəksiniz və ən əsası o qərarları daha həvəsli şəkildə və daha inadla reallaşdırmağa başlayacaqsınız.

Murad Məmmədov |
Комментариев нет :
Отправить комментарий