суббота, 19 апреля 2014 г.

Çörək pulu sindromu

Bəli ölkəmizdə insanların əziyyət çəkdiyi ən qorxulu sindromlardan biri. Çörək pulu üçün nə oldu və

nə buyurdular etməliyəm düşüncələri. Məhs bu səbəbdəndir ki, sumqayıtda müəllimələr qar təmizləyir, Hansısa digər bir yerdə xəstəxana xadimələri maşın yuyur və sairə. Onlarla bu kimi vəzifəsinə aid olmayan əlavə işlər görmək, hər hansı bir təhqirlərə dözmək faktları, ölkəmizdə bu sindromun olmasından xəbər verən "simptomlardır"

Təbii ki, bünun başlanğıc səbəbi insanın öz güvəninin az olması, bacarıqsız olması, özünü daima inkişaf elətdirməməsi, sahib olduğu peşədə özünü irəllətməməsi və daima bir yerdə addımlamasıdır. Oysa insan daima özünü inkişaf elətdirməlidir ki, daima kimdənsə nədənsə aslı olmasın və karyerasında da, haqsızlıqlarla qarşılaşdıqda, öz mövqeyini ortaya qoyaraq etirazını bildirə bilsin. Bir sözlə özünü inkişaf etdirməmk səbəbi ilə öz güvən azalır və insan kayerasında özünü qula köləyə çevirir, və yalnız bir düşüncə ilə yaşayır, hər nə olur olsun mən bu işi itirməməliyəm, çünkü bir tikə çörək pulu qazanmalıyam.

Ən maraqlısıda, bu insanların əksəriyəti daima göydən onları idarə edən bir Allahın olduğuna inanan insanlardır, ama gəl ki, işdə belə hadisələr olanda, nəinki Allahlarının olduğunu, ümumiyətlə İlahi ədalət deyilən bir şey olduğunu unudurlar və başların aşağı salaraq hər şeyə razılaşırlar. Bəs inandığınız Allah ?
Bəs daima həyatda rastlaşdığımız İlahi ədalət ? bu qədərmi özünüzə və inancınıza güvənməyərək bu sindroma yoluxursunuz ?

Murad Məmmədov


Комментариев нет :

Отправить комментарий