пятница, 8 января 2016 г.

Murad Məmmədov - Seçmə deyimlər ( 3-cü hissə )

Etdiyin hər birşeyin məhsuliyyətini öz üzərinə almağın verdiyi zövq, bir çox zövqdən daha çox həzz verir.

Qadinlar zinyət əşyası kimidir.
Qayğısına qalsan incə davransan daima parlayar və səni baxımlı edər.

Ötüb keçən zaman vəfat etmiş insana bənzər, onu geri qaytara bilməzsən, sadəcə yeniləri ilə əvəz edərsən, oda geridə qoyduğun kimi eyni olmaz.

İnsan durumundan məmnun olduğu və şikatətçi olmadığı müddətcə, bir başqasının o durumun pis olmasını söyləməsi yanlışdır.

Və insanlar görüntüyə aldanaraq reallıqdan uzaqlaşdılar.

Həyat heç zaman bir məhfumdam ibarət ola bilməz, həyat hər şeydən birazdır.

Bəzən cəsarətsiz insanlar, cəsarətli insanlara paxıllıq etdikləri üçün, onları tərbiyəsiz adlandırırlar.
Həmdə, tərbiyənin nə olduğunu bilmədən.

Bəzən nəsə görünmür, və insanlar yoxdu düşünürlər.

Özünə inanan insanlar xüsusi cazibə qüvvəsinə sahib olaraq, ətrafdakı insanları cəzb edirlər. Cazibədar olmaq üçün özünüzə inanın

Heç bir yarışın mükafatı sənin qədər dəyərli deyil.

Payız və qış fəsillərinin olduğunu nəzərə alaraq, öz daxilində hər gün doğan bir günəşini yaradacaqsan.

Həyat oyununun digər oyunlardan fərqi onadır ki, burada qalib olmaq üçün sənə qalib olmaq üçün istədiyin qədər şansını sınamaq fürsəti verilib.

Mübarizə gələcək üçün yatırılmış ən böyük depozitdir.

Əks istiqamətlərdə gedən iki qatar kimiydik biz.

среда, 28 октября 2015 г.

Pul qazanmaq istəyərkən, pul itirən sürücü.

28 mayda yerləşən Səməd Vurğun bağı bir çox xüsusiyyətləri ilə məhşurdur. Bu xüsusiyyətlərdən biri də, ətrafında çox sayda taksi sürücülərinin olmasıdır. Həmçinin də "Hövsana bir manat" qışqırtıları ilə. Ümumiyyətlə bu səsi o qədər eşitmişəm ki, hərdən elə bilirəm dünyanın istənilən yerindən hövsana bir manata getmək olar.

вторник, 20 октября 2015 г.

Azərbaycanda insanları niyə dilənçi hesab edirlər ?

Bu hadisəni mən ilk dəfə eşidəndə utandığımdan "yerin dibinə girmişdim". Həqiqətən deməyə söz tapmırdım, yalandan təsəlli verməyə çalışırdım, bir də onun dediklərini təsdiqləyirdim.

3 ildir əlillik mövzusunda bir layihədə iştirak edirəm, bu layihə çərçivəsində 2 dəfə Ukraynada olmuşam. Hər iki səfərimdə orada keçirilən tədbirdə Volodimir adında əlil arabasında olan bir ekspert də iştirak edib. Bu yaxınlarda eşitdim ki, bəs bu Ukraynalı ekspert və yanında da heç bir əlilliyi, yəni fiziki məhdudiyyəti olmayan bir qadın ekspert Azərbaycana gəliblər, elə məhz bu layihə çərçivəsində.

понедельник, 21 сентября 2015 г.

FAHİŞƏLƏRİ SEVİN

O hər zaman ac idi, nə qədər versəmdə doymurdu, hər zaman və hər zaman daha çox istəyirdi. Yox bəziləri kimi nə bahalı geyimə, nə pula nədə yeməyə, o sevgiyə ac idi, axı cəmiyyət fahişələri sevmir...
Bəzən sən isti evində yatağında yatarkən, o pul qarşılığında tanımadığı kişilərlə yatırdı. O oqədər “fahişə” idi ki, boşanandan sonra övladını çölə atmamışdı, uşağını həmdə anasız qoymaq istəməmişdi. O həmdə ona görə fahişə idi ki, müraciət etdiyi 5 iş baş vurusunun  4-də ona yatmaq təklif olunmuşdu.

четверг, 10 сентября 2015 г.

15 ilimizi nəyə sərf edirik ?

Bir dəfə təxminən gecə saat  iki radələri olardı, iki dostumla oturmuşduq kafedə söhbət edirdik, dostumun biri elə oturduğumuz kafenin sahibi idi. Söhbət əsnasında bəlli oldu ki, heç birimiz hazırda fəaliyyət göstərdiyimiz sahə üzrə təhsil almamışıq, amma hər üçümüz öz sahəmizdə cəmi bir neçə il pratiki olaraq çalışaraq öyrənməklə bu sahədə azdan çoxdan sözümüzü demiş adamlarıq.