пятница, 28 ноября 2014 г.

"Bizim üçün bizsiz heçnə" Bakıda!

2013-cü ildən başayan "Bərabər və məhsuliyyətli cəmiyyət üçün inkluziv qərarlar layhiəsinin növbəti tədbiri Bakı da keçirilib.

Daha öncə 13-17 oktyabr tarıxındə, Ukrayna"nın Kiev şəhərin"də "Bizim üçün bizsiz heçnə" adlı təlimçilər üçün təlim keçirilməsi barədə xəbər vermişdim. Beləliklə
zaman yetişdi və Ukraynada təlimatlandırılmış təlimçilər "British Council Azerbaijan" təşkilatının təşkilatçılığı ilə o təlimin Bakı da keçirilməsinə nail oldular.

22-26 noyabr tarixin"də keçirilən "Bizim üçün bizsiz heçnə" tədbiri uğurla keçirilmiş və başşa çatmışdır. Beş gün davam edən təlimlrdə üç sektor üzrə ümumilikdə 50 nəfəri əhatə edən (media, vətəndaş cəmiyyəti və dövlət qurumları) nümayəndələri iştirak etmişdir.

Layhiənin digər tədbirlərində olduğu kimi, bu tədbirinin də, əsas məqsədi, bərabər və məhsuliyyətli cəmiyyətin formalaşması üçün, inkluziv (xidmət və ya siyasət istifadəçiləri ilə birgə ) qərarların verilməsinə nail olmaqdır.

Beş günlük təlimdə, qeyd edilən üç sektordan olan qurumların inkluziv qərar vermədə olan rolları, əlillik mövzusuna dair məsləhət bilinən yanaşma və danışıq dili, Azərbaycan dövlətinin inkluziv qərar vermədə hansı mərhələdə olması və digər mərhələyə keçid üçün hər üç sektorda fəaliyyət göstərən şəxslərin hansı şəkildə əməkdaşlıq etmələri gərəkdiyi müzakirə olunmuşdur.

Tədbirin son günü, inkluziv qərar vermənin sürətlənməsinə nail olmaq üçün, tədbir zamanı əldə edilmiş nəticələr, birgə fəaliyyət planının hazırlanması üçün toplanmış və birgə fəaliyyət planının hazırlanmasına qərar verilmişdir.













Комментариев нет :

Отправить комментарий