суббота, 8 ноября 2014 г.

Murad Məmmədov - Seçmə deyimlər ( 2-ci hissə )

Ən böyük müharibəniz hisslərinizlə,
Silahınız isə məntiqiniz olmalıdır.

Bir insanın ən səmimi halı, onun sərxoş halıdır. Xsusən problemləri və mənəvi boşluqları olan insanların.

İnsanın mədəniyyəti olması üçün, gərək
onun ilk növbədə mədəni niyyəti olsun.

Bəzən güclü bir fırtına gərəkdir, beyindəki səbəbi bilinməyən buludıarın çəkilib getməsi üçün.

Mənəvi müstəqil olmadıqdan sonra, milyonlar qazan faydasızdır.

Sevgi yalnız sevinc və xoşbəxtlik gətirir.
Əks cinslə yaşadığınız münasibət sizi üzür və kədər verirsə buraxın o münasibətin başını, o sevgi deyil  : )

Məntiqin olduğu yerdə, daha ciddi bir mövzu ola bilməz.

Bəzən rədd cavabı, inkişaf üçn güclü bir motivasia ola bilər.

Hərşey ilə heçnə arasında cəmi bir addım var.
Bunun fərqinə vararaq davranın və düşünün.

Gülmək də pul ilə olsaydı, insanlar gülmək üçün işləyərdilər,  məncə bu heçdə pis olmazdı. İnsanlar gülməyi önəmsəyərdilər : )

Həmçinin bax: 1 -ci hissə













© Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий