четверг, 20 марта 2014 г.

Daşıdığımız insanlıq statusuna olan borcumuz.

Daşıdığımız insanlıq statusuna olan borcumuz.

Nədənsə insanların əksəriyəti elə düşünürlər ki, insan yalnız birindən nəyisə borca aldıqda və ya kimsə ona işləməsi üçün nəsə verdikdə insan yalnız onun qarşısında borcu, öhdəçiliyi olur. 
Lakin bunlar maddi və
kiməsə olan borclardır.

Bəs bundan daha öncə gələn və daha önəmli sayılan borcu yoxdurmu ? təbii ki var, insanın mənəvi borcu. və mən belə düşünürəm ki, bu borcun digər borclardan fərqi ondadır ki, bu borc sənin özünə olan borcundur, bu borc sənin daşıdığın insanlıq statusuna, bu borc sənin bir başa öz mənəviyatına olan borcdur.

Ətrafında olan birinin sənin asanlıqla həll edə biləcəyin bir problemi var ? bax bu sənin insanlıq borcdundur, mənəvi borcundur ki, o şəxsə o problemini həll etməyə yardımcı olasan. Bu gözlə görülən borc deyil, Bu insanların bir birinə kağız və ya hansısa əşya ilə olan borcu deyil. Bu bir çoxlarının görə bilmədiyi bir borcdur. Bu insanlıq borcüdür.

Biri nəsə etmək istəyir ? Sən onun bu istəyinə nail olması üçün yardım etməyk ixtiyarında deyilsənsə belə, ona bu istəyə çatmaq üçün apardığı mübarizədə yardım ola bilərsən.

Yaxınında olan biri dardadırsa,sənin bir yaradılış olaraq ilk vəzifən ona yardım etməkdir. Və diqqətlə düşündükdə görərik ki, heç bir dini əqidə də, sənin birinə yardım etmək üçün onun hansısa dinə qulluq etməsi qeyd olunmur, demək kiməsə yardım etmək, bütün öhdəliklərdən öncə, insan öhdəliyidir, insanlıq vəzifəsizdir.

Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий