Türkiyədə bir həftəlik tədbirin sonunda tədbirin aparıcıları dedi ki, tədbir başa çatdı, sabah hər kəs öz ölkəsinə qayıdır,
bir birinizə sarıla bilərsiniz. Hər kəs bir-birini qucaqladı, (baxmayaraq ki, həmən günü hələ bütün günü birlikdə olacaqdıq) digər gənclərlə çox möhkəm sarıldıq bir birimizə. nəzərə alsaq ki 30 nəfər gənc idik, bu çox uzun müddət apardı, bəzən hədda bir şəxslə dəfələrlə qucaqlaşırdın, xoş sözlər deyirdin və sairə.
O zaman daha yaxşı anladım,səmimiliyin insana nə qədər gözəl hisslər bəxş etdiyini,
Eyni zamanda kiməsə sarılmağında insana müsbət enerji verdiyini.
Bir sözlə hər kəs çox səmimi idi və heç kəsdə başka bir pis düşüncə yox idi.
Burada isə bir dəfə istifadəçilərin biri ilə səmimi comentləşdikdən sonra, xoş olsun deyə səmimilikdən irəli gələrək bir ürək simvolu əlavə etmişdim. Xanimin isə rekaksiası o oldu ki, "bu nədi?" "anlamadım" "buna ehtiyac yoxdur" və bənzər cavablar aldım həmən xanımdan.
Nəysə başınızı çox ağrıtmayım. Bir birinizə səmimi sözlər deməkdən, xoş düşüncələr bəxş etməkdən çəkinməyin. çalışaq insanların səmimiliyini pis qəbul etməyək. Bir iki nəfərə görə hər kəsə eyni gözlə baxmayaq və sairə. bunuda statusu oxuyan dostlarımıza göndərirəm ❤ :)
Murad Məmmədov |
Комментариев нет :
Отправить комментарий