пятница, 8 января 2016 г.

Murad Məmmədov - Seçmə deyimlər ( 3-cü hissə )

Etdiyin hər birşeyin məhsuliyyətini öz üzərinə almağın verdiyi zövq, bir çox zövqdən daha çox həzz verir.

Qadinlar zinyət əşyası kimidir.
Qayğısına qalsan incə davransan daima parlayar və səni baxımlı edər.

Ötüb keçən zaman vəfat etmiş insana bənzər, onu geri qaytara bilməzsən, sadəcə yeniləri ilə əvəz edərsən, oda geridə qoyduğun kimi eyni olmaz.

İnsan durumundan məmnun olduğu və şikatətçi olmadığı müddətcə, bir başqasının o durumun pis olmasını söyləməsi yanlışdır.

Və insanlar görüntüyə aldanaraq reallıqdan uzaqlaşdılar.

Həyat heç zaman bir məhfumdam ibarət ola bilməz, həyat hər şeydən birazdır.

Bəzən cəsarətsiz insanlar, cəsarətli insanlara paxıllıq etdikləri üçün, onları tərbiyəsiz adlandırırlar.
Həmdə, tərbiyənin nə olduğunu bilmədən.

Bəzən nəsə görünmür, və insanlar yoxdu düşünürlər.

Özünə inanan insanlar xüsusi cazibə qüvvəsinə sahib olaraq, ətrafdakı insanları cəzb edirlər. Cazibədar olmaq üçün özünüzə inanın

Heç bir yarışın mükafatı sənin qədər dəyərli deyil.

Payız və qış fəsillərinin olduğunu nəzərə alaraq, öz daxilində hər gün doğan bir günəşini yaradacaqsan.

Həyat oyununun digər oyunlardan fərqi onadır ki, burada qalib olmaq üçün sənə qalib olmaq üçün istədiyin qədər şansını sınamaq fürsəti verilib.

Mübarizə gələcək üçün yatırılmış ən böyük depozitdir.

Əks istiqamətlərdə gedən iki qatar kimiydik biz.

Комментариев нет :

Отправить комментарий